"Azərbaycan növbəti dəfə olduqca təsirli bir addım atmış oldu”

17:08 10-07-2024 | icon 742 | Siyasət
"Azərbaycan növbəti dəfə olduqca təsirli bir addım atmış oldu”

Elşad Mirbəşir: “Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının bundan sonrakı inkişafında həllediçi rol oynayacaq”

 

Məlum olduğu kimi, iyulun 5-6-da regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə Şuşa şəhərində qeyri-formal sammit keçirildi. Sammit Qarabağ Bəyannaməsinun imzalanması ilə öz işinə yekun vurdu.

 

TDT-ı sammitinin əhəmiyyəti və gələcəyə hesablanan yol xəritəsi nədən ibarət oldu?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-rəsmi sammitinin Şuşa şəhərində baş tutması böyük tarixi hadisədir. O, sammitdə iştirak edən dövlət başçılarının Şuşanı türk dövlətlərinin, türk dünyası həmrəyliyinin rəmzi hesab etməsinin təsadüfi olmadğını önə çəkib. Deputat Azərbaycan Prezidentinin sammit çərçivəsində etdiyi çıxışa və diqqətçəkən məqamlara toxunub.

 

E.Mirbəşir ölkə başçısının Türk Dövlətləri Təşkilatını müasir dövrdə çox təsirli, qlobal siyasətdə yeri olan subyekt kimi görmək istəyi ilə bağlı fikrinə xüsusilə diqqət çəkdi. Qeyd edib ki, müşahidələr digər platformalarda olduğu kimi Azərbaycanın təşəbbüslərinun Türk Dövlətləri Təşkilatı strukturunun möhkəmləndirilməsinə xidmət edir, əməkdaşlıq imkanlarının genişləndirilməsini şərtləndirir və gələcəkdə daha perspektivli subyektə çevrilməsinə imkan verir. Deputat Azərbaycan Prezidentinin toxunduğu digər bir məqama da diqət çəkib:

 

“Prezident çxışında bildirdi ki, təşkilatın hazırki strukturu və maliyyələşməsi bütövlükdə üzv olan ölkələrin resurslarına uyğun deyil. Ona görə də Azərbaycan Prezidenti TDT-nın hesabına 2 milyon dollar vəsait köçürüldüyünü bildirməklə yeni bir nümunə ortaya qodu. Bununla da gəlcəkdə təşkilatın daha funksional olması, daha sürətlə strukturlaşması istiqamətində ilk addımı atmış oldu. Düşünürəm ki, bundan sonrakı mərhəldə digər üzv ölkələr də analoji addımlar atacaqlar”.

 

Deputat Azərbaycan Prezidentinin TDT çərçivəsində diqqət çəkdiyi digər priotiet istiqamətlərə toxunub:

 

“Prezident nəqliyyat, logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu istiqamətdə Azərbaycanın malik olduğu infrastrukturun əhəmiyətinə toxundu, Azərbaycanın atdığı addımları xatırlatı. Bu da ona dəlalət edir ki, nəqliyyat, logisika sahəsində TDT-a üzv olan ölkələrin maraqlarına uyğun əməkdaşlıq sisteminin qurulması Azərbaycan üçün prioritetdir. Bu istiqamətdə Azərbaycanın addımları təsirlidir. Məsələn, Prezident qeyd elədi ki, Bakı-Tbilisi Qars dəmir yolu ilə yükdaşımaların həcmi 1 milyon tondan 2 milyon tona qədər yüksəldilib. Nəzərə almaq lazımdır ki, bu isitiqamətdə imkanların yaradılmasında Azərbaycan dövlətinin həlledici rolu olub. Ayrıca Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yük keçiricilik qabiliyyətinin 15 milyon tondan 25 milyon tona yüksəldilməsi ölkə Prezidenti tərəfindən qeyd edildi. Bu məqamlar bir daha göstərir ki, Azərbaycan həqiqətən də gələcəkdə əməkdaşlıq üçün çox unikal əlverişli şərtlərə sahibdir”.

 

E.Mirbəşir Azərbaycan Prezidentinin ölkəmizin COP 29-a ev sahibliyindən danşdığını qeyd etməklə, digər iştirakçıların da bunun əhəmiyyətini yüksək dəyərləndirmələri, önəmli hadsə kimi önə çəkmələrindən dədanışıb:

 

“Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərə Türk Dövlətləri nümayəndələrinin səfərlərini minnətdarlıq hissi ilə xatırlatdı, onlara təşəkkürünü bildirdi, orada bərpa-quruculuq işlərinə göstərilən mənəvi dəstəklə bağlı ayrıca fikrini qeyd etdi. Eyni zamanda, təhsil ocaqlarının, yaradıcılıq mərkəzinin yaradılmasnda müvafiq ölkələrin rəhbərlərinə təşəkkürünü bildrdi”.

 

E.Mirbəşir hesab edir ki, Sammitin əsas nəticəsi məhz Qarabağ Bəyannaməsinn imzalanmasıdır:

 

“Prezidentin də qeyd etdiyi kimi, Qarabağ Bəyannaməsinin imzalanması TDT-nın bundan sonrakı inkişafında həllidiçi rol oynayacaq. 31 maddədən ibarət Bəyannamədə türk dövlətlərinin gələcək əməkdaşlıqla bağlı mövqeləri sərgilənir, çox vacib məsələlərlə bağlı strateji yanaşmaları öz ifadəsini tapır. Hesab eirəm ki, Qarabağ Bəyannaməsi türk dövlətlərinin konstitusiyasıdır, mütləq şəkildə Təşkilatın inkişafını sürətləndirəcək bir fəaliyət strategiyasıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan növbəti dəfə çox mühüm tarixi səhifə formalaşdırdı. TDT-nın Şuşada keçirilən qeyri-rəsmi sammiti diqqəti həm də işğaldan azad etdiyimiz ərazilərə, xüsusən Qarabağın incisi olan Şuşaya çəkmiş oldu. Azərbaycan növbəti dəfə türk dünyasında həmrəyliyin möhkmləndirilməsi, gələcək əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, qarşılıqlı maraqlara cavab verən mövqelərin formalaşdırılması baxımından olduqca təsirli bir addım atmış oldu”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ