Dünyanın ən zəngin muzeyləri 

00:18 24-02-2019 | icon 586 | Mədəniyyət
Dünyanın ən zəngin muzeyləri 

 

 

 

 

 

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrindən  xəbər verən  maddi-mənəvi xəzinə sayılır.

 

Versus.Az AzEdu.az -a istinadla xarici KİV-ə istinadən  dünyanın ən çox ziyarətçisi olan muzeylərini təqdim edir:

Ermitaj dünyanın ən zəngin muzeylərindən biridir. Muzey Rusiyanın Sankt-Peterburq şəhərində yerləşir.   Dünyanın ən böyük muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir. Burada  fransız filosofu Volterin 6500 cilddən və 37 əlyazmasından ibarət şəxsi kitabxanası da saxlanılır. Muzeyi hər il 4 220 000 insan ziyarət edir.

 

Çində yerləşən  İmperator saray muzeyi 700.000-dən çox sənət əsərinə ev sahibliyi edir. Muzeyin kolleksiyasında 697 490 əşya var, onların əksəriyyəti əvvəllər imperator Tsyanlunun kolleksiyasında olub. Muzeyi hər il    4 435 000 əhali ziyarət edir.

 

London milli qalereyası  Londonun Trafalqar meydanında yerləşir. 1824-cü ildə əsası qoyulan muzeyin kolleksiyasında 13-cü əsrdən 1900-cu illərə aid  2,300 rəsm əsəri var.  Muzeyi hər il 5 229 190 əhali ziyarət edir.

 

Vaşinqtonun Milli İncəsənət Qalereyası dünyanın ən zəngin muzeylərindən biridir. Muzeyi hər il  5 232 000 əhali ziyarət edir.

 

 "Tate Modern”  Böyük Britaniyanın  ən məşhur  incəsənət muzeyidir. Muzeyin daimi ekspoziyasına Kandinski, Maleviç və Matis kimi rəssamların, Endi Uorhol kimi səntkarların orijinal əsərləri daxildir. Daimi ekspozisiya novatorların, məşhur və hətta artıq klassikə çevrilmiş, dünyanı fəth edən sənətkarların əsərləri nümayiş olunur. Muzeyi hər il 5 656 000 əhali ziyarət edir.

 

Britaniya muzeyi dünyanın ən böyük muzeylərindən biridir. Muzeyin kitabxanasında 7 milyondan artıq çap edilən kitab var.  Britaniya muzeyini hər il 5 906 715 əhali ziyarət edir.

 

 Papa II Yuli tərəfindən əsası qoyulan Vatikan muzeyi hələ də dünyanın ən böyük muzeylərindən biridir. Muzeydə əsasən Renesans dövrünə aid maraqlı əsərlər var. Məsələn: "Dədə Qorqud" dastanının ikinci əl yazması məhz bu muzeydə saxlanılır. Muzeyi hər il 6 427 280 əhali ziyarət edir.

 

Çin Milli muzeyi ölkənin ən böyük  tarix və sənət sarayı kimi tanınır. 2003-cü ildə əsası  qoyulan muzeyi hər il  8 062 625 əhali ziyarət edir.

Nyu-Yorkda yerləşən Metropoliten Sənət Muzeyinə  2 milyondan çox əsərə ev sahibliyi edir. Muzeyi hər il  6,692,900 əhali ziyarət edir.

Fransanın Paris şəhərində yerləşən Luvr muzeyində 300 mindən çox əsər var. 14 girişi olan bu muzeyi tamamilə gəzmək üçün 3 gün vaxt lazımdır. Muzeyi hər il 10.2 milyon  əhali ziyarət edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb