Xocalıya Ədalət! - VYANADA AKSİYA

11:52 24-02-2019 | icon 439 | Gündəm
Xocalıya Ədalət! - VYANADA AKSİYA

Avstriya respublikasının paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplatz meydanında Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azəri-Der dərnəyi birlikdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

 

Versus.Az xəbər verir ki, aksiyada Azərbaycan və müxtəlif türk diaspor təşkilatlarının fəalları, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə jurnalistlərin suallarını Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov və Azəri-Der dərnək rəhbəri Yardım Günəş cavablandırıb.

 

Sualları cavablandıran Əzizov bildirib ki, Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir. Vurğulayıb ki, ermənilərin bu qədim Azərbaycan torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi. Meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başaçıq, ayaqyalın qara bürünmüş çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılılar əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan avtomat atəşinə tutuldular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan edildi. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürüldü, 150 nəfər itkin düşdü, 1275 nəfər əsir götürüldü. Əsirlər ağır işgəncələrə məruz qaldı.

Fərid Əzizov çıxışının sonunda bildirib ki, Azərbaycan tarixi, əzəli torpaqlarının bütövlüyünü təmin edəcək və Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə görə Ermənistanın o zamanki rəhbərliyi insanlıq qarşısında cavab verəcək.

Tədbir Xocalıya Ədalət, Qarabağa Azadlıq şuarları ilə davam etdirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı