Bu küçə və prospektlər bağlanacaq

13:05 25-02-2019 | icon 755 | Gündəm
Bu küçə və prospektlər bağlanacaq

Fevralın 26-da Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən Versus.Az-a verilən məlumata görə, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

 

Belə ki, Xocalı soyqırımının 27-ci ildönümünün anılması üçün yürüş edənlərin Neftçilər və Bülbül prospeklərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abidəsi ətrafında dövrə edib, eyni marşrutla – 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub. Bununla əlaqədar qeyd edilən marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-in çıxışından 3-cü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Bayıl qəsəbəsi, Xanlar küçəsi, Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq Meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə dəyişdiriləcək.

 

Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu zavod dairəsindən Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev Mərkəzinin yanından, Xətai prospekti – Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xaqani, Puşkin, 28 May, R.Zorge, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkətin istiqamətinin dəyişdirilməsi planlaşdırılıb. Həmçinin Hava limanı istiqamətindən cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.

 

Ona görə də əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə və dünya əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimində iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.

Xəbər lenti

Can't create/write to file '/var/tmp/MYOP0BW9' (OS errno 24 - Too many open files)