Xəzəri çirkləndirən əsas mənbələr

13:12 25-02-2019 | icon 472 | Sosial
Xəzəri çirkləndirən əsas mənbələr

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizini çirkləndirən əsas mənbələrin adlarını açıqlayıb.

 

Versus.Az-ın məlumatına görə, ETSN-nin əməkdaşı Mirsalam Qənbərov bildirib ki, bu gün Xəzər dənizini çirkləndirən, tənzimlənməyən axarlar mövcuddur. Bu axarlar vasitəsilə zərərli tullantılar təmizlənmədən dənizə axıdılır. Xəzər dənizi ən çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Xəzəri lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və “Azgerneft” MMC-dir.

 

M.Qənbərov deyib ki, əsasən kanalizasiya şəbəkəsi olmayan kənd və qəsəbələrdə formalaşan tullantı suları göllər və gölməçələr vasitəsilə dənizə axıdılır:

 

"Belə çirkləndirmə mənbələrinin qarşısını almaq mümkündür. Misal üçün “Azneft” İstehsalat Birliyinin “Abşeronneft”, Bibiheybət, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur. Yəni bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr bunu edə bilərlər".

 

ETSN-nin əməkdaşı əlavə edib ki, Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması nazirliyin birbaşa funksiyalarına aiddir, ona görə də tərəfimizdən daha sərt tədbirlərin görülməsi istiqamətində işlər aparılır:

 

"Dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılır, tərkibində normadan artıq zərərli maddələr olan axarlar və bu axarları formalaşdıran fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlərlə yanaşı maarifləndirici, daha innovativ texnologiyaların tətbiqi tövsiyə olunur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı