"Ermənilər qondarma “soyqırımı” iddiasından əl çəkməlidir"

13:17 25-02-2019 | icon 435 | Siyasət
"Ermənilər qondarma “soyqırımı” iddiasından əl çəkməlidir"

Ermənilər qondarma “soyqırımı” iddiasından əl çəkməli, ASALA terror qruplaşmasının cinayətlərinə və Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməlidirlər.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Y.Topçu qeyd edib ki, Xocalıda əsrin ən böyük qanlı faciəsi törədilib:

 

"1915-ci ildə Rusiya imperiyasından dəstək alan ermənilər Anadoluda bir çox şəhərlərdə, o cümlədən, Qars, Ərzurum və Ərdahanda türklərə qarşı qanlı cinayətlər törədiblər".

 

Baş müşavir vurğulayıb ki, ermənilərin bir tərəfdən Xocalıda törətdikləri vəhşiliklərə göz yumması, digər tərəfdən isə 1915-ci il hadisələrinə görə Türkiyə əleyhinə iddia qaldırması əsla qəbuledilməzdir:

"Arxivlər 1915-ci ildə erməni quldur dəstələrinin dinc türkləri qətlə yetirdiyinə dair faktlarla doludur".

 

Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması imkanına da toxunan Y.Topçu bildirib ki, rəsmi Ankara Yerevanın səmimiyyətinə inanmır:

“Ermənilər məcbur qalaraq Türkiyə ilə yaxınlaşmaq üçün addım ata bilərlər, lakin onlardan səmimiyyət gözləmək sadəlövhlük olardı. Tarixdə yaşanan hadisələr bu gün bu qərara gəlməyimizə əsas verir”.

 

O əlavə edib ki, bu məsələdə Türkiyənin mövqeyi açıq və qətidir:

“Ermənilər ilk növbədə işğal etdikləri Azərbaycan torpaqlarını azad edəcək, Azərbaycandan üzr istəyəcək, bütün bunlardan sonra isə Ankara Bakı ilə məsləhətləşərək vəziyyəti qiymətləndirəcək. Türkiyə və Azərbaycan Ermənistandan beynəlxalq hüquqa zidd bir şey tələb etmir. Ermənistan işğalçı dövlətdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı