İslamda ebru sənəti

19:18 25-02-2019 | icon 638 | Təhsil
İslamda ebru sənəti

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslamda ebru sənəti” mövzusunda seminar keçirilib.

 

İnstitutdan Versus.Az-a verilən məlumata görə, seminarı Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl seminarlar, konfranslar və görüşlər təşkil edir. İnstitutda ötən dövr ərzində maarifləndirmə yönündə xeyli iş görüldüyünü qeyd edən Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.

 

Ə.Niyazov qeyd edib ki, ölkəmizdə bütün ənənəvi dinlərə, o cümlədən İslam dininə, İslam mədəniyyətinə dövlət tərəfindən qayğı və diqqət göstərilir. O bildirib ki, ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla yanaşı, İslam dininin yayılmasında da mühüm rol oynayıb. Ə.Niyazov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının ölkədə tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun güclənməsinə, İslam dəyərlərinin, həmçinin milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

 

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun bərpa laboratoriyasının elmi işçisi Zaur Orucov “İslamda ebru sənəti” mövzusunda çıxış edərək bildirib ki, dövründən və məkanından asılı olmayaraq, insan övladı hər zaman möhtəşəm əsərlər meydana gətirib. Z.Orucov qeyd edib ki, hazırda Yer üzərində mövcud olan hər bir dinin mənsubunda incəsənətin izlərini görmək mümkündür. O, İslam incəsənətinin təzhib, xətt, miniatür və ebru kimi sahələrinin yaranması, tarixi inkişafı və müxtəlif növləri haqqında geniş məlumat verib.

 

Z.Orucov daha sonra bildirib ki, su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanmış ebrunun tarixi çox qədimdir. O, ebruda istifadə olunan bütün boyaların torpaqdan əldə edildiyini, bir ebrunun yalnız bir dəfə düzəldiyini nəzərə çatdırıb.

Seminarda qeyd edilib ki, ebru sənətinin bir neçə növü vardır. Bunlardan ən məşhuru sənətkarın adı ilə bağlı olan Battal üsuludur. Vaxtilə bu üsuldan, əsasən, xəttatlıqda yazıların fonunda, divardan asılan uluların, peyğəmbərlərin sözlərinin yazılışında istifadə olunduğu diqqətə çatdırılıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı