Millət vəkili Aydın Universitetində Xocalıdan danışıb

20:13 25-02-2019 | icon 420 | Siyasət
Millət vəkili Aydın Universitetində Xocalıdan danışıb

Qənirə Paşayeva: “Xocalı soyqırımından danışmayanlar türk millətinə tarixdə olmayan bir “soyqırımı” zorla qəbul etdirmək üçün Ermənistana ciddi dəstək verirlər”

 

 

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Aydın Universitetində İstanbul Aydın Universiteti, Siyaset Bilimi və Beynəlxalq əlaqələr təşkilatı tərəfindən təşkil olunmuş Xocalı Soyqırımı ilə bağlı konfransda Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

 

Versus.Az-ın məlumatına görə, tədbir Azərbaycan və Türkiyə şəhidlərinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anması ilə başlayıb, sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirin açılışında Aydın Universitetinin Mütevelli heyət başqanı Dr. Mustafa Aydın çıxış edərək Azərbaycanın və Türkiyənin "bir millət iki dövlət" olduğunu qeyd edib. Bildirib ki, Xocalı soyqırımı bütün Türk dünyasının ortaq acısıdır. O, “Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq” deyib və gənclərimizin Xocalı soyqırımı həqiqətlərinin dünyada daha geniş yayılmasında fəal olmalarının vacibliyindən danışıb.

 

Geniş məruzəsində millət vəkili Qənirə Paşayeva əvvəlcə universitetin rektoru və əməyi keçən hər kəsə Azərbaycana, Qarabağa, Xocalı soyqımınına göstərdikləri duyarlılıqdan dolayı təşəkkürünü bildirib. Millət vəkili Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb:

 

“Etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır. Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləri yetəri qədər eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransavə Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.


Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

 

Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib.

 

Tədbirdə Aydın Universitetinin rəhbərliyi millət vəkili Q.Paşayevaya konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib, bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

 

Tədbirdə iştirak edən Türkiyənin sabiq naziri Abdulhaluk Mehmet Çay, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Kadri Ecvet Tezcan və digər ziyalılar çıxış edərək Xocalı soyqırımından danışıblar və Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmini vurğulayıblar və gəncləri həqiqətlərin yayılmasında fəal olmağa çağırıblar.

Q.Paşayeva konfransdan sonra Türkiyənin bir sıra telekanallarına Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı geniş müsahibələr verib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”