"Şəhidlər vurularkən deyil, unudularkən ölürlər"

12:04 26-02-2019 | icon 507 | Cəmiyyət
"Şəhidlər vurularkən deyil, unudularkən ölürlər"
 

Mingəçevir şəhər Gənclər Evində "Şəhidlər vurularkən deyil, unudularkən ölürlər" adlı tədbir keçirilib.

 
 
Versus.Az-ın bölgə müxbirinin məlumatına görə, tədbiri giriş sözü ilə Rəşad Qurbanov açıb. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Tədbirin təşkilatçısı Türkan Qurbanovaya Aprel döyüşlərindən danışıb və 1992-ci ilin qışında, o dəhşətli gecədə baş vermiş qanlı faciəni xatırladıb.
 
 
Həmin döyüşlərin canlı şahidi, Qazimiz Hikmət Məmmədov çıxışında Azərbaycan əsgərinin rəşadətindən ermənilərin qorxaraq geri çəkilməsindən, igidlərimizin qəhrəmanlığından söhbət açıb.
 
"Bizim bir məqsədimiz var idi, o da işğal altında olan torpaqları düşməndən azad etmək və şəhidlərimizin qanını yerdə qoymamaq" deyən H.Məmmədov bu gün də Ali Baş Komandanın hər an verə biləcək əmrini gözlədiklərini vurğulayıb.
 
 
Daha sonra Aprel şəhidi Adil Adilzadənin atası Kamran Abudllayevə söz verildi. Adilin qəhrəmanlığından söz acan K.Abdullayevin gözlərində kədər hissi ilə bərabər, bir qürur da duyulurdu. 
 

Qarabag döyüşçüsü Sohrab Tağıyev isə 1992-ci ildə Qarabağ döyüşlərində baş verən qanlı gecələrdən söhbət açıb. Döyüşçü Vətən uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə cansağlığı arzu etdi.
 

Şəhid Teymur Qasımovun döyüşçü yoldaşı Afiyyəddin Əliyev Teymurla birlikdə əmr verilən zaman irəliyə keçməsindən bəhs edərək şəhidimizin mərdliyini dilə gətirib.
 

Aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva Rahimlə bağlı xatirələrini danışıb.
 

Aprel şəhidi Rüstəm Əhmədovun atası Oruc Əhmədov isə çıxışında Şəhid atası olmağı ilə fəxr etdiyini söyləyib. Cəmiyyətimizdə şəhid ailələrinə, Qazilərimizə qoyulan hörmətdən danışan şəhid atası ölkə başçısının şəhid ailələrinə göstərdiyi qayğıdan razılıq edib.
 

Aprel qazisi Rəcəb İbrahimov da döyüş yoldaşı Adilzadə Adildən, onunla birgə keçdiyi hərb yolundan sohbət edib.
 

"Şəhidlər vurularkən deyil, unudularkən ölürlər" adlı tədbir aprel döyüşlərində şəhid olan qardaşlarımızın videoslaydı ilə bitib.
 
 
Tədbirin təşkilatçı Türkan Qurbanova tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.


Samin Tağıyev
/Mingəçevir/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür