Nəsiminin anadilli divanının əlyazma nüsxəsinin surəti tapılıb

14:48 26-02-2019 | icon 666 | Ədəbiyyat
Nəsiminin anadilli divanının əlyazma nüsxəsinin surəti tapılıb

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Türkiyənin Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surətini əldə edib.

 

İnstitutdan Versus.Az-a verilən məlumata görə, müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət olan 134 səhifəlik divanın əvvəlində kitabın Bəktaşi təriqətinə məxsus Mömin Dədəyə vəqf edildiyi barədə qeyd var. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi Bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olub, onun şeirləri bu mühitdə sevilərək oxunub.

 

Əlyazma nüsxəsinin əvvəlindəki “Kitabi-Seyyid Nəsimi əl-Hüseyni” sözləri şairin “Hüseyni” təxəllüsü ilə kifayət qədər geniş oxucu kütləsinə məlum olduğunu göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin