Fuad Əliyev dördüncü dəfə prezidentliyə namizəd olacaq

11:59 18-12-2023 | icon 838 | Siyasət
Fuad Əliyev dördüncü dəfə prezidentliyə namizəd olacaq

”Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb

 

Xəbər verdiyimiz kimi, 2024-cü il 7 fevral tarixinə növbədənkənar prezident seçkiləri təyin olunub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı bir qrup vətəndaşın toplantısı keçirilib.

 

Toplantıda çıxış edən Fuad Əliyev növbədənkənar prezident seçkilərində iştirak etmək istəyini açıqlayıb. O, topantı iştrakçılarına müraciət edərək, onlardan seçkidə iştirak üçün dəstək istəyib və “Vətəndaş Birliyi” seçki qərargahının yaradılmasını təklif edib.

 

Toplantı iştirakçıları təklifləri müzakirə etdikdən sonra “Vətəndaş Birliyi” seçki qərargahının yaradılmasını dəstəkləyiblər.

 

Beləliklə, növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürən Fuad Əliyevin “Vətəndaş Birliyi” seçki qərargahı 7 nəfərdən ibarət tərkibdə formalaşıb.

 

Daha sonra, prezidentliyə namizəd Fuad Əliyev “Vətəndaş Birliyi” seçki qərargahına rəhbərlik etmək üçün Xəzər Teyyublunun namizədliyini təklif edib.

Təklif yekdilliklə qəbul olunub.

 

Qeyd edək ki, Fuad Əliyev bununla dördüncü dəfə Prezidentliyə namizəd olacaq.

 

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...