Qənirə Paşayeva: “Ciddi mübarizə və birlik zamanıdır”

15:30 03-03-2018 | icon 572 | Siyasət
Qənirə Paşayeva: “Ciddi mübarizə və birlik zamanıdır”

İzmitdə Türkiyə Azərbaycan Dərnəklərinin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva dünyanın hər yerində yaşayan diasporumuza və diaspor təşkilatlarına çağırış edib.

Versus.az-ın məlumatına görə, millət vəkili bir sıra ölkələrin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarlarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib:
“Bu ədalətsizliyə harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır”.

Həmin ölkələri kəskin tənqid edən Qənirə Paşayeva işğalçı bir ölkəyə “işğal etdiyin Azərbaycan torpaqlarını azad et” deməyən o siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini deyib:

“Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər. Tam əksinə, ermənilər həm Anadoluda, həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər. Bir sıra ölkələrin yalanları dəstəkləməsi amma gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır. Xocalı Soyqırımının 26-cü ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin Xocalı Soyqırımı ilə bağlı bir cümlə açıqlamasını belə eşitmədik. Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Atalarının belə görmədiyi hadisələrdən danışanlar bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Bunlar ciddi mətləblərdən xəbər verir”.

Çıxışında “dünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və dünyanın hər yerində yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar” deyən Millət vəkili özəlliklə Avropadakı türk diaspor təşkilatlarının bu cür açıqlamalara etiraz səsini ucaltmasının vacibliyinə toxunub və gəncləri sosial mediyada yalanlara qarşı mübarizədə aktiv və duyarlı olmağa çağırıb:

“Diaspor təşkilatlarımız birlik və bərabərlik içində qondarma erməni soyqırımı yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdır. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır. Dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdır. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır. Hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq”.

Tədbirin sonunda Q.Paşayevaya bələdiyyə başqanı və rəsmi şəxslər tərəfindən plaket təqdim edilib.
Tədbirdən sonra millət vəkili Q.Paşayeva İzmitin rəsmi şəxsləri, bələdiyyə rəhbərliyi, aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub. Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanıa bağlı suallarını cavablandırıb.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?