Çuğundur suyunun yeni faydalı xüsusiyyəti

10:13 21-12-2023 | icon 412 | Sağlamlıq
Çuğundur suyunun yeni faydalı xüsusiyyəti

London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, çuğundur suyu içmək xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlarda qan təzyiqini aşağı salır və əmək qabiliyyətini yaxşılaşdırır.

 

Araşdırmanın nəticələri “European Respiratory Journal” nəşrində dərc olunub.

 

Tədqiqatda XOAX-dan əziyyət çəkən 81 nəfər iştirak edib. Bu həyati təhlükə yaradan ağciyər xəstəliyi tənəffüs yollarının iltihabı və bronxların şişkinliyi ilə xarakterizə olunur. İştirakçılar təsadüfi olaraq iki qrupa bölüşdürülüb. Birinci qrupun iştirakçıları 12 ay ərzində gündəlik 70 millilitr konsentratlaşdırılmış çuğundur suyu qəbul ediblər, ikinci qrupun iştirakçılarında isə “platsebo” effekti yoxlanılıb.

 

Təcrübənin nəticələri göstərib ki, konsentratlaşdırılmış çuğundur suyu içən insanlarda sistolik qan təzyiqi orta hesabla civə sütunu üzrə 4,5 millimetr azalıb. Həmçinin birinci qrupdan olan könüllülərdə dözümlülük və əmək qabiliyyəti göstəriciləri artıb - tədqiqatı başa vurduqdan sonra altı dəqiqə ərzində onlar əvvəlkindən daha çox məsafə qət edə biliblər.

 

Alimlər vurğulayıblar ki, çuğundur suyu XOAX müalicəsi üçün təhlükəsiz köməkçi vasitə kimi istifadə edilə bilər. Xüsusilə bu içki qan təzyiqini normallaşdırmaqla XOAX olan insanlarda ürək-damar sistemində ağırlaşmaların yaranması riskini azalda bilər.

 

Qeyd olunub ki, çuğundur suyunun orqanizmə təsirini dərindən öyrənmək üçün bir sıra əlavə tədqiqatlar aparmaq lazımdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb