Prezidentin 20 illik fəaliyyətinin YOL XƏRİTƏSİ

10:30 22-12-2023 | icon 454 | Siyasət
Prezidentin 20 illik fəaliyyətinin YOL XƏRİTƏSİ

Bu gün Azərbaycan özünün böyük sərkərdəsi ilə yenidən doğulur...

 

 

 

 

TAHİRƏ QAFARLI

 

Əsrlərlə böyük xarici güclərin zərbələrinə məruz qalıb ərazilərini, müstəqilliyini, suverenliyini itirən Azərbaycan öz tarixini yenidən yazır. Bu gün Azərbaycan özünün böyük sərkərdəsi ilə yenidən doğulur, dolur. Azərbaycanın son 20 illik həyatına baxaraq bu dövlətin, xalqın, millətin yenidən doğuşunu təmin edən məqamların hansı pillərdən keçdiyini izləmək imkanımız yaranıb. Çünki azadıq, sözümüzü deyə bilirik. Azərbaycan dövləti öz başçısının, Ali Baş komandanının rəhbərliyi sayəsində sözünü açıq deyir, istəklərini aydın şəkildə dünyaya bəyan edə bilir. Qürurverici haldır ki, Azərbaycanın qızıl hərflərlə yazılan son 3 illik tarixi həm də 2023-cü ildə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin 100 illiyindən bəhrələnən Prezident İlham Əliyev ömrünün doğuluşu, həyatı, 20 illik fəaliyyətinin YOL Xəritəsində əksini tapır.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev doğum günlərini, eləcə də ən əlamətdar tədbirləri işğaldan azad olunmuş ərazilərdə - Şuşada, Laçında, Cəbrayılda, Füzulidə və digər rayonlarımızda qeyd etməklə, dünyanın diqqətini bu xalqın sahib olduğu ərazilərə başqa bir ampluadan yönəltməyi bacardı. Bu, həm düşmənə, həm də regionda marağı olan, hər vəchlə erməni separatçılığını körükləməyə çalışan, Ermənistanın sülh danışıqları ərəfəsində mövqeyini dəyişdirmək iddiasını gizlətməyən güclərə bir qalxan, bir gücün nümayişi idi. Prezidentin hər bir çıxışı Azərbaycan xalqının, dövlətinin başında dayanan sərkərdəsinin öz vətənini, torpağını, öz insanını, qazisini, şəhidini öz canı qədər sevdiyini, onu qətiyyətlə qorumağa hazır olduğunun göstəricisidir.

 

2003-cü il oktyabrın 15 də ilk dəfə prezident seçilən İlham Əliyevin dövrün gərgin siyasi reallıqları müstəvisində fəaliyyəti müəyyən qruplar tərəfindən birmənalı qarşılanmadı. 2023-cü ilə doğru irəliləyən fəaliyyət dövrünün 20-ci ilində artıq nəticəyə söykənən xalq doğrunun nə olduğunu gördü.

 

Görünən budur ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi yönündə tarixin yaratdığı ulu öndər və onun tökdüyü “dövlət siyasəti təməli” varisi İlham Əliyev tərəfindən uğurla tikilməyə başladı. Məhz “2023-cü il Heydər Əliyev ili”ndə o tarixi bina müstəqil, azad, beynəlxalq aləmdə nüfuza sahib, regionun güclü dövləti olan Azərbaycanın dövlət sərhədinin bütövləşməsi, təhlükəsizliyinin təmin olunması işi ilə tamamlandı. Ulu öndərin qurduğu təməllər düz 20 il kərpic-kərpic yığılaraq düzgün inşa edildi.

 

Bu il İlham Əliyevin ölkəmizə başçılıq etdiyi dönəmin həm də 20-ci ilidir. Məhz “2023-cü il ulu öndər Heydər Əliyev ili”ndə torpaqlarımız tamamilə işğaldan azad olunmaqla müstəqilliyini, suverenliyini qazandı. Tarixi torpaqlarımızı yağı düşmənin əsarətindən xilas edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanın son 200 illik tarixinin divarından qoparılan sonuncu daşları 2023-cü ilin sentyabr ayında düşmənlərin əlindən aldı, yerinə qoydu, bərkitdi. Bu gün Azərbaycan xalqı, dövləti yenidən qurduğu o zəfər qalasını qorumaq üçün ayaqdadır və öz başçısının qətiyyətinə, iradəsinə etimad edərək yenidən onu özünün lideri, başçısı kimi qəbul edir və seçir. Məhz dövlət siyasətinin konstitusiya haqqına dayanaraq 2024-cü il fevralın 7-də keçiriləcək nöbvədənkənar seçkilərə vaxt qalsa da, artıq Azərbaycan insanı torpaqlarını işğaldan azad edən liderinə güvəndiyini bəyan edir.

 

Azərbaycan insanı Ali Baş Komandana etimadın artıq torpaqların işğaldan azad olunması, məcburi köçkünlərin öz yurdlarına qayıdışını təmin etmək üçün işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri, eləcə də artıq bir neçə rayonda yeni kənd və qəsəbələrin salınması, abadlıq işlərinin aparılması, eləcə də əhalinin sosial təminatının getdikcə daha rəvan vəziyyətə salınması üçün görülən işlər və bu istiqamətdə aparılan islahatlara söykənərək qərarını çoxdan verdiyini gizlətmir.

 

İşğaldan azad olunan hər bir kənd və şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağını öz başının üzərinə qaldıran, düşmən üzərində böyük zəfərə imza atan müzəffər Ali Baş Komandanın keçdiyi yola nəzər salan vətəndaşın növbəti ildə prezident seçkilərində səsini kimə verəcəyini o görüntülərlə bəlli edir. Bu, Ali Baş Komandan, ölkə başçısı İlham Əliyev cənablarıdır!

 

Prezidentin 2003-cü ildə başladığı fəaliyyətin 20 illik “yol xəritəsi”nə baxanda burada gərgin əmək və qətiyyətli iradənin şahidi oluruq. Cənab Prezidentin 20 illik fəaliyyətinin məhz Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ulu öndərin adı ilə səciyyələnən 2023-cü ildə keçirilən 1 günlük antiterror tədbirləri nəticəsində torpaqlarımızın tamamilə işğaldan azad olunması, sərhədlərimizin bütövlüyü, müstəqilliyimizin təminatı ili kimi tarixə yazıldı.

 

Bu gün Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı öz dövlətinin başında dayanan müzəffər Ali Baş Kopmandan İlham Əliyevə bir lider, bir xilaskar və gələcək təhlükəsizliyinin təminatçısı, eyni zamanda bu istiqamətdə ciddi layihələrin hazırlanması yönündə sərgilədiyi mövqeyə inanır, onu dəstəkləyir.

 

2003-2023-cü il çox böyük hadisələrə şahidlik etdi. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü il, prezidentin 20 illik fəaliyyətinin tamamlandığı il, siyasi mütəfəkkir ulu öndərin adı ilə daha da əzəmətli, təminatlı idi. Xalq Ulu öndərin adı ilə bağlı olan ildən gözlədiklərini aldı.

 

Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsindən sonra noyabrın 8-də Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarəti zamanı ata vəsiyyətini yerinə yetirdiyini necə əzmlə, necə qürur və fəxarətlə dediyini hər kəs yaxşı xatırlayır.

 

Prezident Ermənistanı sülh danışıqlarına dəvət etmək, regionda sülhü təmin etmək naminə usanmadan müxtəlif platformalarda keçirlən danışıqlara qatıldı. Prezidentin paralel olaraq həm daxildə müharibədən sonra yaranmış dağıntıları aradan qaldırmaq, eyni zamanda bir sıra beynəlxalq konfranslara ev sahibliyi etməklə BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi xüsusi önəm daşıyan bir məsələdir. Azərbaycan gələn il COP 29- konfransına ev sahibliyi edəcək.

 

Azərbaycan Prezidenti ən nüfuzlu beynəlxalq platformalardan bir daha dünyaya sülhün, təhlükəsizlik sisteminin qurulması üçün təşəbbüslərlə çıxış edir. Eyni zamanda dəfələrlə Ermənistanı və ona havadarlıq edən bir sıra düyanın güc dövlətlərini regionda sülhün bərpa və davamlı olması üçün səsləyir, Azərbaycan dövlətinin, xalqının, nullətinin haqlarının, hüquqlarının pozulmasına imkan verməyəcəyini bəyan edir.

 

Region, eləcə də Azərbaycan ərazisində müharibə ocağı yaradan güclərin qeyri-bərabər vəziyyətdə torpaqlarımızın işğalına rəvac verməsi halları atəşkəs və məhz ulu öndərin neft strategiyasında uğura imza ataraq 1994-cü ildə “Əsrin müqaviləsi” nin imzalaması, eyni zamanda bir sıra transmilli layihələrə qoşulması ilə diqqəti çəkir. Atəşkəsin elan olunması və bölgədə sülhün təmin edilməsi üçün guya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına yönəlik bir qurumun – ATƏT-in Minsk Qrupunun yaradılaraq uzun müddət onların başqatmalarına, ikilisatandartlı yanaşmalarına, eləcə də digər beynəlxalq qurumların laqeydliyinə səbrlə dayandı.

 

Prezidentin atacağı sonrakı qəti addımların zamanını düzgün ölçmək qabiliyyəti, nəticəsi bu gün görünür. Məhz 44 günlük savaş ərəfəsində Prezident İlham Əliyev “nəyi, nə zaman edəcəyimi yaxşı bilirəm” deməklə hər kəsə növbəti mesajını vermiş oldu.

 

İlaham Əliyevin 20 illik fəaliyyəti, müzəffər Ali baş Komandan kimi işğala son qoyması, Şəhid ailələrinə diqqət, əhalinin sosial-maddi rifahının yaxşılaşdırılması üçün atdığı addımlar birmənalı olaraq hər kəs tərəfindən dəstəklənir.

 

Bu gün Azərbaycan dövlətinin sərhədləri bütöv və azaddır. Bu tarixi anı öz xalqına, dövlətinə yaşadan Azərbaycanın Ali Baş Komandanı, cənab İlham Əliyevdir. Heç şübhəsiz ki, vətən, dövlət öz xalqı, əsgəri, rərbəri ilə yumruq kimi birləşərək qüdrətli oldu və o böyük zəfəri qazandı.

 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı əks hücuma keçən Azərbaycan Ordusu 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müharibə Azərbaycanın sərhədləri daxilində gedirdi. Ermənistanın 30 il müddətində öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarında tikdiyi hərbi istehkamları igid Azərbaycan əsgərləri darmadağın etdi. Bəli, müharibə Azərbaycan torpaqlarında getdiyi üçün və torpaqlarımız 30 il düşmən tapdağında əzildiyi üçün erməni vandalları işğalda qalan ərazilərimizi tarımar edərək, tamamilə yerlə yeksan etmişdi. Ermənistanın Azərbaycan ərazisində olan separatçı uzantıları milli-mənəvi irsimizi, tarixi abidələrimizi məhv edib, evlərimizi söküb talan ediblər. Torpğımızı yandırıb, soyqırımına məruz qoyublar. Bu gün də Ermənistanın vandal cinayətlərinin izləri Azərbaycan torpaqlarının üzərində qalır. Erməni vandalların torpaqlarımıza basdırdığı milyondan çox minaların zərərsizləşdirilməsi prosesi bu gün də davam edir. Bu faktlar istər 44 günlük savaş zamanı, istəsə də ondan sonrakı dövrlərdə Prezident İlham Əliyevin xarici mediaya, eləcə də beynəlxalq səviyyəli diplomatlarla keçirdiyi görüşlərdə daim səsləndirir və dünya ictimaiyyətini haqsızlığı durdurmağa dəvət edir.

 

Nəhayət ikinci Qarabağ müharibəsində düşmənə qalib gəldik. 30 illik həsrətə 44 gündə son qoyduq. Hərb meydanında hünər göstərən ordumuzla bərabər dövlət başçımız cənab İlham Əliyev diplomatiya müstəvisində də layiqli mübarizə apardı.

 

Bu zəfəri bizə bəxş edən əsgərlərimiz bu gün dövlət başçımızın diqqət və qayğısı ilə əhatə olunub. Müharibədən dərhal sonra Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanan və şəhid olan hərbçilərin ailələrinin təminatına dəstək olaraq "Yaşat" Fondunu yaratdı. Fond tərəfindən ağır yaralı qazilərimiz müalicə üçün xaricə göndərilir. Fondun gördüyü işlərin bir hissəsi vətəndaşların etdiyi yardımlar vasitəsilə həyata keçirilir. Bu da onu göstərir ki, dövlət daim öz vətəndaşı ilə bərabər addımlayır.

 

Bütün bu işlərdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Mehriban Əliyevanın rəhbərliyi ilə qazilərin xaricdə müalicəsi, xüsusi texnologiyalı protezlərlə təmin olunması yüksək səviyyədə təmin edilir. Eyni zamanda, Fond tərəfindən onların məişət şəraitinin yaxşılaşdırılması, yeni mənzillərlə, avtomobillərlə təmin edilməsi istiqamətində davamlı dəstək göstərilmişdir. Bölgələrdə isə şəhid ailələrinə və qazilərə fərdi evlərin tikintisi, mənzillərin, pay torpaqlarının verilməsi davam edir.

 

Dövlətimiz hər zaman onların yanındadır və bu məsələyə çox həssaslıqla yanaşır. Dövlətimiz İlham Əliyevin rəhbərliyi ilə həm də hər zaman öz şəhidinin ruhuna ehtiramla, şəhid ailəsinə diqqət və hörmətlə yanaşır.

Ali Baş Komandan bu gün müstəqil, suveren, bütövləşən Azərbaycanla birgə yenidən doğulur, yenidən seçilir. Daha qüdrətli, daha əzəmətli.

Doğum günün mübarək, cənab Ali Baş Komandan! (HƏFTƏ içi)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...