Nikah yaşının aşağı salınma səbəbləri niyə dəqiq göstərilmir?

15:50 26-02-2019 | icon 322 | Cəmiyyət
Nikah yaşının aşağı salınma səbəbləri niyə dəqiq göstərilmir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qanunvericilikdə nikah yaşının aşağı salınma səbəblərinin aydın şəkildə Ailə Məcəlləsində göstərilməsini təklif edir.

 

Versus.Az xəbər verir ki, bu təşəbbüslə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qanunvericilikdə nikah yaşının 1 yaş aşağı salınması məsələsi tamamilə yerli icra hakimiyyətinin mülahizəsinə buraxılıb. Səbəblərin dəqiq göstərilməməsi isə təcrübədə sui-istifadə hallarına yol açır.

Buna görə də H.Hüseynova hesab edir ki, nikah yaşının aşağı salınma səbəbləri məcəllədə göstərilməlidir.

 

Digər təklifini də açıqlayan komitə sədri qeyd edib ki, ailə qurmaq tərəflərin (kişi və qadının) hüquq qabiliyyətini heç bir halda məhdudlaşdırmır.

 

Onun sözlərinə görə, evlənən şəxslər nikahdan sonra öz fəaliyyətlərini davam etdirə bilərlər:

“Təcrübə göstərir ki, bir çox kişilər evləndikləri qadının peşə, fəaliyyət seçmə hüququnu pozur, onu cəmiyyətdən təcrid edir. Bu da bir çox hallarda ailədaxili münasibətlərdə münaqişələrə, bəzən isə intihara cəhd etmə kimi hallara gətirib çıxarır. Bunu nəzərə alaraq, ailənin rifahı üçün ər və arvadın fiziki və mənəvi inkişaf etmə hüququ məsələsinin Ailə Məcəlləsinə daxil edilməsini təklif edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”