MMP Prezidenti təbrik etdi
Müasir Müsavat Partiyası Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Müasir Müsavat Partiyası olaraq bu gün münasibəti ilə dövlət başçımızı təbrik edir, ona cansağlığı və dövlətçiliyimiz, Azərbaycanın bütövlüyü yolundakı işlərində daha böyük uğurlar, nailiyyətlər diləyirik!
"Hörmətli cənab Prezidentin, Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə Azərbaycanımızın ərazilərinin bütövləşdiyi, xalqımızın qələbələr sevinci ilə yaşadığı, işğaldan azad etdiyimiz şəhər və kəndlərimizin yenidən qurulduğu, keçmiş məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdışı, bir sözlə tariximizin yeni mərhələsinə qədəm qoyduğumuz bir şəraitdə onu ad günü münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır.
Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyi böyük hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl siyasət həyata keçirir. Ölkəmizi bugünkü böyük, dünya miqyaslı zəfərlərə çatdıran Güclü Dövlət Konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu böyük yolda ən böyük enerji qaynağı Dövlət-Xalq birliyi və bütövlüyüdür. Vətən müharibəsində şanlı Ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və şanlı zəfərinin başlıca ilham mənbəyi də bu birlik və bütövlükdür.
Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etdi, möhtəşəm uğurlar qazandı. Cənab Prezidentin elan etdiyi və uğurla davam edən iqtisadi və siyasi islahatlar tərəqqi yolu ilə
yeni zirvələrə doğru irəliləyən Azərbaycan dövlətinin daha da güclənməsi üçün etibarlı təməl təşkil edir.
Hörmətli cənab İlham Əliyev, Sizin Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında böyük xidmətləriniz ölkəmizin hər bir vətəndaşı üçün qiymətlidir.
AD GÜNÜNÜZ MÜBARƏK, CƏNAB PREZİDENT!"
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"