Xocalı şəhidlərinin xatirəsinə orqan musiqisi təqdim edilib

15:59 26-02-2019 | icon 586 | Mədəniyyət
Xocalı şəhidlərinin xatirəsinə orqan musiqisi təqdim edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş orqan konserti keçirilib.

 

Versus.Az xəbər verir ki, Filarmoniya və Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Anım konsertində dirijor, Əməkdar artist Yulizana Kuxmazovanın bədii rəhbərliyi ilə BMA-nın tələbə xoru, Beynəlxalq müsabiqələr laureatı Şəfəq Abdullayeva, Səbinə Bəylərbəyova, Əməkdar müəllim Rasimə Babayeva, solistlər İlham Nəzərov (kontrtenor), İslama Abdullayeva (soprano), Orxan Hüseynli (xanəndə) Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.

 

Konsertin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, professor Tahirə Taqubovadır.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin “Xocalı soyqırımının 27-ci ildönümü haqqında” 5 fevral tarixli Sərəncamına əsasən müxtəlif səpkili anım tədbirləri keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı