Qətərdə də Xocalı soyqırımı anıldı

16:02 26-02-2019 | icon 396 | Dünya
Qətərdə də Xocalı soyqırımı anıldı

Azərbaycanın Qətər Dövlətindəki Səfirliyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı ilk öncə Xocalı faciəsinin qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra səfir Rəşad İsmayılov çıxış edərək, Xocalı faciəsi və Ermənistan -Azərbaycan münaqişəsi haqqında məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiklərini qeyd edən səfir, Xocalı soyqırımının bəşəriyyət tarixində misli görünməyən amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğulayıb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc Xocalı sakininin vəhşiliklə qətlə yetirildiyi diqqətə çatdıran səfir Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalmasının təəssüf doğurduğunu qeyd edib.

 

Səfir Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə son illər ərzində həyata keçirilən "Xocalıya ədalət kompaniyası" çərçivəsində böyük uğurların əldə edildiyini və artıq dünya dövlətlərinin Xocalı faciəsini soyqırım aktı kimi tanımağa başladığını diqqətə çatdırıb.

 

Erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini, bir milyondan artıq ölkə vətəndaşının doğma torpağından didərgin düşdüyünü bildirən səfir Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pisləndiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasının tələb olunduğunu, lakin təcavüzkar dövlətin beynəlxalq təşkilatların bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq, öz işğalçı siyasətini davam etdirdiyini qeyd edib. Səfir Azərbaycanın ərazisinin işğalı ilə heç vaxt barışmayacağını və tezliklə erməni işğalına son qoyulacağını diqqətə çatdırıb.

 

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin