Beynəlxalq məhkəmə modeli keçiriləcək

17:19 26-02-2019 | icon 404 | Gündəm
Beynəlxalq məhkəmə modeli keçiriləcək

Xocalı soyqırımı haqda həqiqətlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına dəstək məqsədilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi bu il ərzində Xocalı soyqırımı mövzusunda beynəlxalq məhkəmə modeli təşkil edəcək.

 

Təşkilatdan Versus.Az-a verilən məlumata görə, bu barədə faciənin ildönümü ərəfəsində keçirilən Forumun Avrasiya Regional Mərkəzi İdarə Heyətinin iclasında qərar verilib.

Qərara əsasən, Mərkəz bu ildən “Ədalət” adlı beynəlxalq məhkəmə modeli layihəsinin icrasına başlayır. Gənc diplomat və hüquqşünaslar üçün nəzərdə tutulmuş layihədə insanlığa qarşı cinayət və ədalətsizliklər əsasında seçilmiş mövzular (işlər) üzrə beynəlxalq məhkəmə simulyasiyaları təşkil olunacaq.

 

Bu barədə məlumat verən İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev bildirib ki, İdarə Heyətinin qərarı ilə “Ədalət” Beynəlxalq Məhkəmə Modelinin bu ilki mövzusu kimi “Xocalı soyqırımı və dünya ədalət sistemi” seçilib.

 

E.Mehdiyevin bildirdiyi kimi, Mərkəzin Beynəlxalq İdarə Heyəti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən və İƏT Gənclər Forumunun fəal iştirak etdiyi “Xocalıya Ədalət” kampaniyasının dünya ictimaiyyətinə beynəlxalq ədalət prinisplərinin çatdırılması sahəsində nailiyyət və təcrübəsini yüksək qiymətləndirib və məhkəmə modelinin əsas məqsədlərindən biri kimi kampaniyaya dəstək vermək haqqında qərar qəbul edib.

 

Həmçinin qeyd edildi ki, gələcəkdə layihə çərçivəsində İƏT ölkələrində beynəlxalq ədalətin pozulmasıyla nəticələnən həm tarixi (1915-ci ildə ermənilərin Anadoluda törətdikləri cinayətlər), həm də müasir (Rohingyada törədilmiş etnik təmizləmə) məsələləri model məhkəmənin müzakirəsinə çıxarılacaq.

 

Model zamanı həm Qərb, həm də İslam ölkələrindən olan gənc mütəxəssislər “model məhkəmə işi” ətrafında dərindən araşdırmalar apararaq, aşkarlanmış faktlar əsasında beynəlxalq hüquq sisteminə uyğun qərarlar çıxaracaqlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI