“Növbədənkənar seçki təyin olunan gün AXH-da parçalanmalar baş verəcək”

12:24 27-02-2019 | icon 428 | Siyasət
“Növbədənkənar seçki təyin olunan gün AXH-da parçalanmalar baş verəcək”

Əlabbas Məhərrəmli: “10 il qabaq siyasətin mərkəzində dayananlar indi yoxdur”

 

 

“Yenilənmə prosesində partiyaların tamamilə sıradan çıxacağını düşünmürəm.  Çünki həyat davam edir və insanlar dəyişir. 10 il qabaq siyasətin mərkəzində dayananlar indi yoxdur.  İnsanlar artıq ağı qaradan ayırır. Ümumiyyətlə, cəmiyyətdə yenilənmə gedir. Bu da təkcə siyasi partiyalarda yox, hər bir sahədə özünü göstərir”.

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli ictimai-siyasi yenilənmə prosesində partiyaların rolu ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövrün tələbinə görə cəmiyyət yavaş-yavaş dəyişməli, sağlamlaşmalıdır. Bu isə islahatların aparılması və davamlı olaraq bütün sahələr üzrə gedən yenilənmə ilə baş verəcək.

 

Ə.Məhərrəmli hesab edir ki, ASAN xidmətin fəaliyyət sahəsində olduğu kimi, bütün sahələrdə işlərin daha sadə şəkildə icra olunmasına yönələn üsullar gətiriləcək. Bu proses bütün ictimai təşkilatlara, televiziyalara, jurnalistlərə, yazıçılara, siyasi partiyalar və seçkilərdə də özünü göstərəcək.

 

Siyasi ekspert yeniliyin qorunmasının onun bazasının gücündən asılı olaraq inkişaf edəcəyini bildirirb və qeyd edib ki, hər yenilik dözümlü ola bilmir. Fikrini yeni siyasi qurumların yaranması ilə əlaqələndirən Ə.Məhərrəmli bildirib ki, müxalifətdə yeni yaranan Xalq Hərəkatında növbədənkənar seçki təyin olunan günü parçalanmalar baş verəcək:

 

“Çünki o qurumda seçkidə iştirak etmək istəyən və ya istəməyən partiyalar var. Məsələn, Əli Əliyev, Elşad Musayev, Tural Abbaslı, Fuad Əliyev və sair partiya sədrləri seçkiləri dəstəkləsələr də, İsgəndər Həmidov, Pənah Hüseyn və bir neçə başqa siyasətçilər seçkiləri qadağa sayan çıxışlar edirlər. Fərqli maraqların olduğunu nəzərə alaraq indidən söyləmək olar ki,  növbədənkənar seçkilər olsa, bu partiyalar arasında ziddiyyətlər yaranacaq”.

 

Növbədənkənar parlament seçkisində bitərəf kimi çıxış edəcəyini vurğulayan Ə.Məhərrəmli hər bir sahədə olduğu kimi, bu prosesdə də siyasi mədəniyyətin nümayiş olunmasını önəmli  sayıb. Bildirib ki, siyasi mədəniyyətin əsasında seçki və demokratik seçim dayanır.

 

LƏMAN

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür