“Neçə ki, ermənilərə adekvat cavab verə bilmirik, belə də olacaq”

16:57 27-02-2019 | icon 224 | Siyasət
“Neçə ki, ermənilərə adekvat cavab verə bilmirik, belə də olacaq”

Sabir Rüstəmxalnı: “Dünya Azərbaycanlıları Konqresi Moskvada etirazını bildirəcək”

 

 

“Əslində ermənilərin “Naxçıvan arzusu” çoxdan var.  Onların fikri var idi ki, əvvəl Naxçıvanı işğal etsinlər, sonra Qarabağı.  Görünür ki, onlar öz niyyətlərindən əl çəkməyiblər. Neçə ki, biz zəifik və ermənilərə adekvat cavab verə bilmirik, belə də olacaq”.

 

Bunu Versus.Az-a Vətəndaş Həmrəyliyi Partiyasının və Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı 2013-cü ildə Moskvada açılan və 4 ildir ki, yeni torpaq iddiaları ilə fəaliyyət göstərən Moskvada açılan Novo-Naxçıvan erməni Monostrı ilə bağlı açıqlamasında bildirib.

VHP sədri bəyan edib ki, ermənilər tarixi bu cür saxtalaşdırmaqla ölkəmizə qarşı apardıqları işğalçılıq siyasətini ideoloji olaraq davam etdirir və növbəti işğala zəmin hazırlayırlar:

 

“Bu gün biz işğala məruz qoyulmuşuq, bununla belə bizi Qarabağla bağlı sülhə dəvət edirlər. Biz işğal siyasətinə qarşı ciddi müqavimət göstərmədikcə, öz haqq səsimizi dünyaya çatdıra bilmədikcə, ermənilərin ayaqları daha çox yer alır. Şübhəsiz ki, sabah ermənilər Naxçıvan iddiasına düşəcəklər.  Əslində ermənilərin “Naxçıvan arzusu” çoxdan var. Onların fikri var idi ki, əvvəl Naxçıvanı işğal etsinlər, sonra Qarabağı. Neçə ki, biz ermənilərə adekvat cavab verə bilmirik, belə də olacaq”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

Tualet kağızı istifadə etmənin zərəri

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

Erməni işğalçıları Şuşa məscidini belə saxtalaşdırdılar - foto