"Münasibətlərimizin yaxşı gələcəyi var"

17:32 27-02-2019 | icon 412 | Siyasət
"Münasibətlərimizin yaxşı gələcəyi var"

"Azərbaycan və Gürcüstan münasibətlərinin bütün sahələrdə yaxşı perspektivi və gələcəyi var".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

O qeyd edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin ilk xarici səfərlərindən birini ölkəmizə etməsi böyük əhəmiyyət daşıyır. Gürcüstanda çox sayda azərbaycanlıların da yaşadığını xatırladan M.Qasımlının sözlərinə görə, ölkələrimiz qonşu olduğundan bizi çoxlu ortaq maraq və mənfəətlər birləşdirir:

 

"Azərbaycan ərazisi Gürcüstan üçün Şərqə, Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan ən əlverişli qapıdır. Azərbaycan dövlətinin müəllifi və təşəbbüskarı olduğu beynəlxalq layihələrdə Gürcüstanın iştirak etməsi qonşu ölkədə bir çox problemlərin həllinə kömək edib".

 

M.Qasımlı bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu gün də Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışan ölkələr və dairələr var, lakin iki qonşu xalq və dövlətin rəhbərləri onların pis niyyətlərini ürəyində qoyacaq:

"Strateji tərəfdaşımız və qonşumuz olaraq Gürcüstanla münasibətlərin demək olar ki, bütün – diplomatik-siyasi, iqtisadiyyat, enerji, təhlükəsizlik, mədəniyyət, humanitar, informasiya, regional və s. sahələrdə böyük potensialı və perspektivləri mövcuddur. Münasibətlərimizin yaxşı gələcəyi var".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”