Qubanın keçmiş deputatlığa namizədi pəhləvanlara dəstək istədi - VİDEO

17:53 27-02-2019 | icon 1095 | Cəmiyyət
Qubanın keçmiş deputatlığa namizədi pəhləvanlara dəstək istədi - VİDEO

Əlabbas Məhərrəmli: “Ümid edirəm ki, Laçın və Hüseyn qardaşları layiq olduqları dəstəyi alacaqlar”

 

 

“Mən Gənclər və İdman Nazirliyinə, Quba Rayon İcra Hakimiyyətinə müraciət edərək, Laçın və Hüseyn Abdulhüseynov qardaşlarına layiq olduqları qayğı və diqqəti göstərməyə çağırıram. O cümlədən, Qubalı iş adamlarını, xasusilə, Azərbaycanla yanaşı, dünyanın ən müxtəlif ölkələrində böyük biznes şəbəkələrinə malik yəhudi əsilli həmvətənlərimizi Laçın və Hüseynə dəstək verməyə dəvət edirəm. Ümid edirəm ki, Laçın və Hüseyn qardaşları layiq olduqları dəstəyi alacaqlar”.

 

Bu barədə Versus.Az-a Qubanın keçmiş deputatlığa namizədi, siyasi ekspert Əlabbas Məhərrəmli bildirib.

 

Ə.Məhərrəmli Versus.Az-a açıqlamasında deyib ki, zəruri dəstəyi görməyən bəzi gənclər öz talantlarını realizə edə bilmədikləri üçün itib-batırlar. O, belə istedad sahibləri arasında Quba sakinləri Laçın və Hüseyn Abdulhüseynov qardaşlarının adını çəkib:

 

“Bu gün Azərbaycanda Abdulhüseynov qardaşları haqqında eşitməyən, onların uğurlarından xəbər tutmayan çox az adam tapıla bilər. Bu pəhləvan qardaşlar Ukrayna, Gürcüstan, Rumıniya, ABŞ, Kolumbiya və başqa ölkələrdə təşkil olunan reality-şou və yarışlarda Azərbaycanı ən yüksək səviyyədə uğurla təmsil ediblər. Onların təqdim etdikləri nömrələr tamaşaçılarda və yarış münsiflərində dərin heyrət doğurub. Laçın və Hüseyn bu gün də Azərbaycanımızı layiqincə təmsil edir, xalqımızın ən müsbət keyfiyyətlərini dünyada təbliğ və nümayiş etdirirlər”.

 

Ə.Məhərrəmli, təəssüflə qeyd edib ki, Gənclər və İdman Nazirliyinin rəhbərlərindən tutmuş, Quba Rayonu İcra Hakimiyyətinə qədər, rayonun müvafiq dövlət qurumlarından tutmuş yerli sahibkarlara qədər heç kəs bu qardaşlara arxa durmaq, maddi-mənəvi dəstək vermək haqqında düşünmür:

 

“Çox acınacaqlı haldır ki, İmadəddin Nəsiminin dərin fəlsəfi qəzəlini “bollivud” ritmində oxuyaraq, ictimai tənqidə tuş gələn müğənniyə bir neçə gün sonra dəyəri bir neçə yüz min dollar olan avtomobil hədiyyə edən iş adamları Laçın və Hüseyn kimi vətənpərvər gəncləri sanki görmürlər. Təsəvvür edin ki, Laçın və Hüseyn maddi imkansızlıq ucbatından Qubada təşkil etdikləri idman klubunun fəaliyyətini böyük çətinliklə təmin edirlər. Rayon gənclərinin sağlam böyümələri, məşq edə bilmələri üçün açdıqları klub gəlir gətirməsə də, qardaşlar öz fədakarlıqları hesabına klubu qoruyub saxlayırlar. Nə qədər təəccüblü olsa da, Laçın və Hüseyn yalnız bəzi əlamətdar günlərdə məmurların yadına düşürlər - o da sadəcə, onların uğurunda guya payları olduğunu göstərmək üçün. Laçın və Hüseyn Azərbaycan adına çox işlər görmək, bayrağımızı daha yüksəklərə qaldırmaq istəyirlər. Amma maddi imkansızlıq və dövlət qayğısının olmaması onların əl-qolunu bağlayır. Bu istedadlı qardaşlara mütləq dəstək verməliyik, onları ümidsizliyə qapılmaqdan qorumalıyıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI