“Azərbaycan-Qərb münasibətlərdində əldə olunan uğurlar Fransanın ürəyincə deyil”

15:12 16-01-2024 | icon 364 | Siyasət
“Azərbaycan-Qərb münasibətlərdində əldə olunan uğurlar Fransanın ürəyincə deyil”

Qulu Məhərrəmli: "Fransa tərəfindən göstərilən bu münasibət uzun müddət davam edə bilməz"

 

"Fransanın Azərbaycanın xarici siyasətinə bu şəkildə müqavimət göstərməsi tamamilə əsassızdır. Bu, iki ölkə arasında mövcud olan ənənəvi münasibətlərə ziddir".

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspet Qulu Məhərrəmli Fransanın Azərbaycanda ifşa olunan cəsus şəbəkəsi, mövcud reallıqlarla bağlı açıqlamasında bildirib.

 

Q.Məhərrəmli qeyd edib ki, Azərbaycana dost olmayan İran, Rusiya kimi dövlətlərin cəsus şəbəkəsinin fəaliyyəti ilə müqayisədə Qərb ölkələrinin, eləcə də Fransanın Azərbaycan içərisində fəaliyyət göstərən agentura şəbəkəsi nisbətən zəifdir. O, eyni zamanda Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi fonunda Qərb ölkələrinin aktivləşməsini təbii hesab edib. Azərbaycanın Böyük Britaniya, Almaniya, eləcə də Fransa kimi ölkələrlə iqtisadi, mədəni sahədə əlaqələrinin, əməkdaşlıqlarının olduğunu deyən ekspert, geosiyasi kodların, gedən proseslərin dəyişməsi tendensiyasını nəzərə alaraq hesab edir ki, Fransanın Azərbaycanda aktivləşməsinə təbii baxmaq olar.

 

Q.Məhərrəmli eyni zamanda bildirib ki, indiki halda Fransanın Ermənistanı aktiv dəsətləməsi, Azərbaycanın düşünülmüş siyasəti nəticəsində danışıqlar prosesindən kənarda qalması Makron hakimiyyətini qıcıqlandırmaya bilmir. Ona görə də Azərbaycana müxtəlif formalarda təsir göstərməyə çalışırlar:

 

“Fransa cəsus şəbəskəsinin ifşa olunması belə bir reallığı ortaya qoydu ki, Azərbaycan-Qərb münasibətlərdində əldə olunan uğurlar Fransa kimi ölkənin ürəyincə deyil. “Fransanın cəsus fəaliyyətinin arxasında dayanan məqsədlər Azərbaycanı səiflətmək, xarici siyasətinə təsir etmək, müəyyən institutlarda təmsil olunmaq, öz maraqlarını aktiv ifadə etmək istəkləri ilə bağlıdır. Hesab edirəm ki, Fransa tərəfindən göstərilən bu münasibət uzun müddət davam edə bilməz. Bu da onu deməyə əsas verir ki, Azərbaycan müstəqil dövlət kimi özünün daxili siyasətində ciddi nüansları nəzərə almalı, özünün müqavimət gücünü artırmalıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...