Xocalı faciəsi

19:41 27-02-2019 | icon 1381 | Uşaq Dünyası
Xocalı faciəsi

O gecə hər şey qanlı idi...

 

LEYLA NƏCƏFLİ 

/VII sinif şagirdi/

 

Salam əziz oxucularım. Budur, 26 fevral Xocalı soyqırımının növbəti ildönümüdür. Bütün xalq matəm içərisindədir. Bu gün bütün Azərbaycan xaqı şəhidlərimizi yad etmək üçün şəhidlər xiyabanına üz tutur.

 

Xocalı - hansı ki, bu sözü dediyimiz zaman gözümüzə yaş, əllərimizə titrəklik gəlir. Ermənilərin törətdikləri o faciə hələ də qan yaddaşlarımızdan çıxmır. O gecə erməni qətliamçılar yaşlılara, uşaqlara, qadınlara fikir vermədən onları gülləyə tutdular... Əvvəllər dörd tərəfi gül-çiçək olan bu şəhər indi qan şəhərinə dönmüşdü...

 

1992-ci il, fevralın 26-sı ermənilərin çirkli əlləri Xocalını bürüdü. Həmin gün Xocalı uğrunda vuruşan Azərbaycan övladları şəhid oldular. Onlar ölsələr də, adları yaddaşlardadır. Hər il fevralın 26-sında Xocalı faciəsi xalqımız tərəfindən anılır. Çörəyimizi suyumuzu paylaşdığımız ermənilər bizi arxadan bıçaqladılar. Biz onlarla qonşuluq etdiyimiz halda onlar bizə torpaq dərdi yaşatdılar. İndi hər bir azərbaycanlının qəlbində yalnız bir arzu var – Allahım, torpaqlarımızı geri qaytarmaq üçün bizə güc ver.

 

Sağ olun, əziz oxucularım, görüşənədək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı