Mütəxəssislər sirri açdılar
Xoşbəxtliyimiz qollarımızın arasında imiş
“Təmas, toxunuş bədənə faydalı təsir göstərir və əhvalı yaxşılaşdırır”.
Bu barədə rusiyalı kardioloq Olqa Bokeriya qanda stres hormonunun səviyyəsini azaltmağın yollarından danışarkən bildirib.
Onun sözlərinə görə, toxunmaq xoşbəxtlik hormonu olan oksitosinin ifrazını stimullaşdırır.
Kardioloq emosional dəstəyin ürək-damar xəstəlikləri riskini azaltdığını qeyd edib.
“Alimlər sübut ediblər ki, bir neçə dəqiqə partnyoru ilə qucaqlaşan qadınlarda oksitosin səviyyəsi daha yüksəkdir”, - deyə o bildirib.
Mütəxəssis toxunmaq və qucaqlaşmağın, həmçinin stres hormonu olan kortizolun səviyyəsini azaltdığını qeyd ediblər.
“Sevdiklərinizlə fiziki təmasdan qaçmamalısınız. Qucaqlaşmalar hər gün 5-10 dəqiqə davam edərsə, əhəmiyyətli təsir əldə edilə bilər”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...