AXCP sədr müavini: Çox vaxt sonu onkoloji xəstəliklə nəticələnir

12:52 28-02-2019 | icon 433 | Cəmiyyət
AXCP sədr müavini: Çox vaxt sonu onkoloji xəstəliklə nəticələnir

"OMBUDSMAN Elmira Süleymanova deyib ki, əhaliyə pulsuz verilən dərmanların siyahısı genişləndirilməlidir. Bu çox doğru təklifdir. Ölkədə saysız xəstəliklərdən əziyyət çəkən imkansız adamlar var. Bu baxımdan bu humanist addıma çoxdan ehtiyac var idi. Ancaq məsələ ondadır ki, ölkəyə gətirilən dərmanların əksəriyyəti faydasız və ziyanlıdır".

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İlahiyyətçi yazar, AXCP sədr müavini Tural İrfan bildirib.

 

Onun sözlərinə görə, bu məsələni bir çox həkimlər və mütəxəssislər də zaman-zaman səsləndiriblər:

 "Ən əsası müvafiq komissiya yaradılaraq əhalinin canını öz bizneslərinə alət edən dərman inhisarçılarına qarşı mübarizə yolu ilə məhvdən xilas etmək lazımdır. Ucuz və keyfiyyətli dərmanlar yığışdırılaraq, xəstəyə dolayısı ilə fayda verən, yaxud da qida tərkibli olaraq fayda verməyən, çox zaman da ziyan verən firma dərmanları təqdim edirlər. Bu hal ölkəni bürüyüb. Artıq hər metronun yaxınlığında 15-17 aptek var. Bir yaşayış yerinin yaxınlığında mağazadan çox aptek varsa, deməli orada yaşayan insanlar çörəkdən çox dərman yeyirlər. Bu ondan irəli gəlir ki, dərmanlar fayda vermir. İnsanlar hər gün zənbil-zənbil dərmanları baha qiymətlərə borcla, az qala dilənməklə alıb mədələrinə, bədənlərinə doldururlar ki, çox vaxt sonu onkoloji xəstəliklə nəticələnir".

 

Partiya sədri vurğulayıb ki, məhz bu səbəbdən insanlarımız dərdlərinə çarəni İranda-Turanda axtarmalı olurlar:

 

"Adicə öskürəyə ən tez və faydalı kömək edən, dünyada məşhur, Rusiya istehsalı olan, 70 qəpiklik Biyan kökü şirəsini Apeklərdən yığışdırıb Hindistanın 18 manatlıq siroplarını gətirənlər bu milləti məhv etməkmi istəyirlər? Son zamanlar heç bir dərmanın faydası yoxdur xəstələrə. Tanınmamış, qondarma firmalardan monapolistlərin alıb gətirib baha qiymətə xalqa sırıdığı saxta dərmanlar hamını məhv edir. Xalqın səhhəti, canı, uşaqların taleyi ilə bazarlıq edənlər birbaşa Ağır Cinayətlər məhkəməsində mühakimə edilərək ən ağır cəzalara məhkum edilməldirilər. Hansı aptekdən əvvəlki təbii dərmanları soruşursansa, deyirlər ki, onu yığışdırıblar. Və əvəzində gətirib ondan qat-qat bahalı dərmanlar təklif edirlər. Onu da alırsan, əksinə ziyanı olur".

 

Tural İrfanın fikrincə, ölkədəki apteklərin və dərman idxalının son dərəcədə artması o deməkdir ki, xalqı hansısa görünməyən əllər latent cinayətkarlıqla məhv edir:

"Bu məsələylə bağlı ciddi araşdırma, nizamlama işləri aparılmasa nəticə faciəvi olacaq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı