"Wi-Fi"-li avtobusların sayı artır

16:25 28-02-2019 | icon 527 | Gündəm
"Wi-Fi"-li avtobusların sayı artır

"Xaliq Faiqoğlu" MMC 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb.

 

Versus.Az xəbər verir ki, bundan əvvəl 18 və 85 saylı marşrut xətt avtobuslarında da pulsuz "Wi-Fi" xidməti işə salınmışdı. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. Beləliklə, pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb.

 

Şirkətə məxsus olan hər hansı avtobusda pulsuz "Wi-Fi "xidmətinə qoşulmuş şəxslər MMC-nin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

 

Qeyd edək ki, "Xaliq Faiqoğlu" Bakı ərazisində sərnişindaşıma ilə məşğuldur. Şirkətin nəqliyyat parkı 14 marşrut xətti üzrə hərəkət edən 300 avtobusdan ibarətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi