Moskva-Bakı telekörpüsü keçiriləcək

19:24 28-02-2019 | icon 402 | Siyasət
Moskva-Bakı telekörpüsü keçiriləcək

Martın 4-ü saat 13:00-da “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin Beynəlxalq multimedia mətbuat mərkəzində “Azərbaycan və Rusiyanın iqtisadi və investisiya əməkdaşlığı: yeni artım nöqtələri” mövzusuna Moskva-Bakı telekörpüsü keçiriləcək.

 

Versus.Az xəbər verir ki, tədbirdə TREND informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, “Baku Network” Ekspert Şurasının direktoru Elxan Ələsgərov, “Day.az” informasiya portalının baş redaktoru, iqtisadçı Emin Əliyev, Azərbaycan İqtisad Universitetinin professoru, Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədoviştirak edəcək.

 

Rusiya tərəfindən videokörpüdə iqtisadçı, “Azərbaycanın idarəçiliyi və iqtisadiyyatında əsas tendensiyalar: 2019-cu ilin birinci yarısı. Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığının inkişaf perspektivləri” hesabatının müəllifi Aleksandr Karavayev, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi Artyom Pılin, iqtisadçı, Həştərxan Dövlət Texniki Universitetinin Dmitrov filialının direktoru Anna Solonenko, Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Leonid Qusev iştirak edəcək.

 

Rusiya-Azərbaycan əlaqələri sistemində formalaşan iqtisadi layihələr necə və hansı miqyasda inkişaf edəcək və Rusiya-Azərbaycan iqtisadi əlaqələr amili regional inteqrasiyanın genişlənməsinə necə kömək edir? Moskva və Bakı ikitərəfli iqtisadi potensialın uğurlu inkişaf modelini nümayiş etdirməklə sabit iqtisadi qarşılıqlı fəaliyyət xəttini necə formalaşdırır?

 

Ekspertlər Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı sahəsində bu və digər məsələlər barədə öz fikirlərini Moskva-Bakı videokörpüsü zamanı səsləndirəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı