Deputat AXCP sədrini qınadı

13:44 01-03-2019 | icon 392 | Siyasət
Deputat AXCP sədrini qınadı

 

“Bu günlərdə sosial şəbəkədə çox maraqlı və maraqlı olduğu qədər də düşündürücü bir videogörüntü yayıldı. Fevralın 26-da bir vətəndaş öz dəstəsi ilə “Ana harayı“ abidəsinə tərəf gedən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə yaxınlaşaraq ona bir şəkil göstərir və sual verir. Sədr sualdan yayınır, onun ətrafındakılar isə vətəndaşı qovmağa çalışırlar. Vətəndaş inadkarcasına sualını təkrar edir və birdən partiya sədri vətəndaşı söyməyə və şəxsiyyətini təhqir etməyə başlayır”.

 

Versus.Az “Report”-a istinadla  xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

 

Deputat qeyd edib ki, burada hər şey vətəndaşın Azərbaycanın siyasi partiya sədrinə sual verməsindən başlayır:

“O, YAP-çı və ya AXCP-çi, sahibkar və ya sürücü, cavan və ya yaşlı, professional politoloq və ya sadəcə həvəskar ola bilər. Bunun heç bir əhəmiyyəti yoxdur, o vətəndaşdır, və onun siyasətçiyə sual vermək və cavabını istəmək hüququ var. Ona görə ki, siyasi partiya rəhbəri siyasi hakimiyyət uğrunda mübarizə aparır və vətəndaş onu idarə etmək və taleyini müəyyən etmək iddiasında olan insanı daha yaxşı tanımaq istəyir. O onun lideri olmaq istəyini elan edən şəxsin onunla açıq danışmasını istəyir. Çünki siyasətçi cəmiyyət üçün tam aydın bir şəxs olmalıdır.

Əvəzində isə siyasi hakimiyyətə iddialı olan siyasi partiya rəhbəri vətəndaşı nəinki siyasətçiyə, hətta adi insana yaraşmayan tərzdə küçə sözləri ilə onu təhqir etməyə başlayır.

Görünən o oldu ki, Əli Kərimli xalqla, vətəndaşla başqa cür danışa bilmir, onu siyasi təcrübəsi ona adi insanlarla danışmaq, ona hörmətini göstərmək, hətta ona xoş gəlməyən suallara cavab vermək qabiliyyətini öyrətməyib”.

 

Deputat buna görə AXCP sədri Əli Kərimlini qınayıb:

“Vətəndaş onun üçün hakimiyyətə gəlmək vasitəsidir, onun çağırdığı mitinqə gələn insan sayıdır, adından danışdığı, ancaq adına hörmət etmədiyi bir subyektdir.

Vətəndaş isə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimliyə bu sualları verirdi:

Xaricdə təhsil alan oğlunuzun maliyyə mənbəyi haradandır? 

Azərbaycan Prezidentinin oğlu hərbi xidmət çəkdiyi halda, Sizin oğlunuz niyə hərbi xidmətə getmir?”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi