Rusiyada sirkdə dəhşət: Akrobat hündürlükdən yıxıldı – VİDEO
Elistada (Kalmıkiya Respublikası, Rusiya Federasiyası) akrobat sirkdə çıxışı zamanı hündürlükdən yıxılıb. Artist reanimasiyadadır.
Versus.az xəbər verir ki, bu barədə TASS-a Kalmıkiya Respublikası administrasiyasından bildiriblər.
“Mstislav Zapaşnının sirkinin çıxışı zamanı akrobat Anton Martınov hündürlükdən yıxılıb. İndi o, reanimasiyadadır, ona kömək göstərilir”, - deyə, administrasiyadan bildiriblər. Qeyd olunub ki, hadisənin baş vermə təfərrüatları araşdırılır.
Xəbər lenti
Kimyəvi saç düzləşdirmənin təhlükələri
Bunun böyrək çatışmazlığının əlaməti olduğunu aşkar ediblər