Gender Qrupun növbəti toplantısı keçirilib

15:56 25-10-2017 | icon 753 | KİV
Gender Qrupun növbəti toplantısı keçirilib

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib.

Versus.Az-ın məlumatına görə, toplantıda Gender Qrupun ötən dövrdəki fəaliyyəti müzakirə olunub. Həmçinin, GQ-nin fəaliyyətinin genişləndirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması yönündə təkliflər təqdim edilib. Müzakirələrin yekunu olaraq, GQ-nin Əsasnaməsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən, GQ  onlayn  medianı da özünün monitorinq sahəsinə daxil edib, həmçinin onlayn media sahəsində çalışanların da GQ sıralarına qəbul edilmələrinə yol açıb.

Xatırladaq ki, JuHİ nəzdində fəaliyyət göstərən Gender Qrup Azərbaycan mediasında tətbiq edilən gender siyasətini araşdırır, bu sahədə tədqiqatlar aparırı, həmçinin maarifləndirmə işləri həyata keçirir. Qrup ölkə mediasında Gender balansını, həmçinin qadın jurnalistlərin əmək şəraitini monitorinq edir. Ötən dövrdə Qrup Azərbaycanın çap və elektron mediasında çalışan qadın jurnalistlərin statistikasını hazırlayıb, qadın jurnalistlərə qarşı olan münasibətə dair hesabat hazırlayıb (hesabatla bu linkdə tanış ola bilərsiz: http://juhi.az/qadin-jurnalistl%C9%99r/.

Bundan sonra GQ onlayn medianı da özünün monitorinq sahəsinə daxil edərək bu sahədə də araşdırmalar aparacaq.

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda media çalışanlarının sosial-iqtisadi hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış yeganə Həmkarlar İttifaqı Təşkilatıdır. Azərbaycan Jurnalistlərinin peşəkar hüquqlarının qorunması, ölkədə söz və ifadə azadlığının inkişafına dəstək verilməsi JuHİ-nin əsas missiyasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol