Tramp Şimali Koreyadan nüvəsizləşdirmə sahəsində “tam proqram” istəyib

15:10 01-03-2019 | icon 394 | Dünya
Tramp Şimali Koreyadan nüvəsizləşdirmə sahəsində “tam proqram” istəyib

 

ABŞ prezidenti Donald Tramp “Fox News” kanalına verdiyi müsahibədə Şimali Koreya lideri Kim Çen Inla apardığı danışıqların nədən praktik nəticələrə gəlmədiyini açıqlayıb.

 

Dövlət başçısının sözlərinə görə, tərəflər yarımadanın nüvəsizləşdirilməsi məsələsində anlaşa bilməyiblər.

 

Ağ Evin sahibi KXDR rəhbərliyinin onlara qismən nüvəsizləşdirmə apara biləcəklərini bildirsə də, ABŞ Koreya yarımadasının tamamilə silahsızlaşdırılması məsələsində israr edib. Bundan başqa, Tramp Şimali Koreyadan nüvəsizləşdirmə sahəsində “tam proqram” təqdim olunmasını istəyib.

 

“Onlar (KXDR) buna hazır deyildilər. Mən bunu anlayıram. Mən onlardan tamamilə nüvə silahından qurtulmalarını istədim, lakin rəsmi Pxenyan yalnız buna qismən gecə biləcəyini söylədi”,-deyə Tramp bildirib.

Bundan başqa, ABŞ rəhbəri qarşı tərəfin tam olmayan nüvəsizləşdirmənin müqabilində sanksiyaların bir hissəsinin götürülməsi təklifinin də ona “doğru gəlmədiyini” vurğulayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür