Dünya turuna çıxan polşalı veloturist bizdən danışdı

15:55 01-03-2019 | icon 385 | İdman
Dünya turuna çıxan polşalı veloturist bizdən danışdı

 

Dünya turuna çıxan polşalı veloturist Lukas Oqonovski Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub. Peşəsi ingilis dili müəllimi olan 38 yaşlı qonaq bu vaxta qədər dünyanın 56 ölkəsində olub və 53 min km məsafə qət edib.

 

Versus.Az Trend-ə istinadən bildirir ki, yeniyetmə və gənc velosipedçilərlə, həmçinin məşqçilərlə görüş zamanı polşalı turist ölkəmizdə ilk dəfə olduğunu deyib:

"Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum. Adətən gecəni yollarda öz çadırımda keçirirəm. Sərhədi keçdikdən sonra Böyükkəsik kəndində sakinlər məni evə dəvət etdilər, gecəni çadırda keçirməyə qoymadılar. Doğrusu belə münasibəti, qonaqpərvərliyi gözləmirdim. Ölkənizin təbiəti də çox xoşuma gəldi. İstəyirəm ki, sizin dili, mədəniyyətinizi öyrənim".

Azərbaycana səfərini başa vurduqdan sonar dəniz vasitəsilə Qazaxıstana keçməyi planlaşdıran Lukas Oqonovski Asiya ölkələrinə, hətta Filippinə qədər getməyi düşünür.

 

Görüşün sonunda polşalı qonaq velosipedçilərin suallarını cavablandırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin