ATƏT Minsk qrupu bəyanat verdi

16:29 01-03-2019 | icon 429 | Qarabağ
ATƏT Minsk qrupu bəyanat verdi

 

ATƏT Minsk qrupu: Azərbaycanla Ermənistan liderləri yaxın vaxtlarda görüşməyə razılıq veriblər

Versus.Az “Report” -a istinadla xəbər verir ki, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərinin yekununa dair birgə bəyanatında bildirilir.

 

Bəyanatda həmsədrlərin bu yaxınlardakı Bakı və İrəvan səfərləri zamanı liderlərin yanvar ayında Davosdakı Dünya İqtisadi Forumu zamanı danışıqları barədə onlara məlumat verdikləri qeyd olunur.

Xatırladaq ki, regiona son səfərləri zamanı həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sözügedən ölkələrdəki mövcud vəziyyəti müzakirə edərək bundan sonrakı addımlarla bağlı gözləntilərini çatdırıblar.

“Həmsədrlər təmas xəttində hələ də itkilərin olmamasını müsbət qiymətləndirib. Onlar həmçinin regionda əhalini sülhə hazırlamaqla bağlı müzakirələrin genişlənməsini alqışlayıblar”, - bəyanatda vurğulanır.

"Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər".
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı