“Türk dünyasında iz buraxanlar”

14:15 24-10-2017 | icon 553 | Mədəniyyət
“Türk dünyasında iz buraxanlar”

Türkiyənin Manisa şəhərində türk dünyası ədəbiyyatının iki görkəmli şairi Bəxtiyar Vahabzadə və Abdürrahim Karakoçun yaradıcılığına həsr edilmiş ədəbi-musiqili tədbir keçirilib.

Versus.Az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya), Şahzadələr Bələdiyyəsi və Kredit Yurdlar Qurumu, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Manisa Şöbəsinin (TDED), Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbir “Azərbaycanın Müstəqillik Həftəsi“ çərçivəsində “Türk dünyasında iz qoyanlar” adıyla Cəlal Bayar Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində reallaşıb.

TDED-in Manisa şöbəsinin rəhbəri, Manisa millət vəkili Səlcuq Özdağ çıxış edərək bu cür ortaq mədəniyyət tədbirlərinin əhəmiyyətini vurğulayıb. Adana millət vəkili Necdet Ünüvar bir millətin milli mübarizəsində şairlərin rolunu yüksək qiymətləndirib. “Şairlər sussa, millət də susar” deyən millət vəkili Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb.

Manisa valisi Mustafa Hakan Güvençer, Ailə və Sosial Politikalar Bakanı Səma Ramazanoğlunun da iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva çıxış edib. O, Azərbaycanın müstəqilliyini bərpa etməsinin 26-cı ildönümünə həsr edilmiş “Türk dünyasında iz buraxanlar” adlı tədbirin təşkil edilməsini yüksək dəyərləndirib. Azərbaycanın müsəlman Şərqində ilk demokratik cümhuriyyət olaraq, müstəqilliyini bəyan edən ölkə olduğunu qeyd edən millət vəkili xalqımızın XX əsrin əvvəllərindən keçdiyi şərəfli və çətin mübarizə yolundan danışıb. Bildirib ki, 70 il sovet imperiyası qadağalarına baxmayaraq, şairlərimiz, yazarlarımız hər zaman milli kökünə və dəyərlərinə bağlı olub:

“Bir çoxları “pantürkist” damğasıyla qətlə yetirildi. Lakin bütün bunlara baxmayaraq, hər zaman şairlər, yazarlar, aydınlar millətin milli ruhunun oyanmasında mühüm rol oynadılar. Odur ki, Türk dünyası ədəbiyyatının iki görkəmli ismi – Abdurrahim Karakoç və Bəxtiyar Vahabzadə yaradıcılığı bu qəbildəndir.   Bəxtiyar Vahabzadənin bütün yaradıclığında Azərbaycan türkcəsinə olan sevgi, tariximizə olan məhəbbət onun şeirlərində, xüsusilə də “Gülüstan” poemasında mükəmməlcəsinə öz əksini tapır”.

Millət vəkili qeyd edib ki, bu cür ortaq mədəniyyət tədbirləri türk dünyası tarixində mühüm rol oynayan görkəmli şəxsiyyətlərimizi daha yaxından tanımağa, gənc nəslə tanıtmağa  şərait yaradır.

Türkiyənin tanınmış sənətçisi Əhməd Yılmazın aparıcılıq etdiyi tədbir Azərbaycan Respublikasının xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, gənc müğənni Ramal İsrafilov öz ifaları il rəng qatıblar. Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla  qarşılanıb.

Türkiyəli sənətçilər Seher Çağatay, Recai Nuri Kadiroğlu, Alper Kıraç, Çiydem Birdalın ifasında Abdürrahim Karakoçun şeirlərinə bəstələnmiş mahnılar da gecəyə ayrı bir rəng qatıb. Azərbaycanlı gənc ifaçı Leyla Qasımovanın ifasında “Mihribanım” mahnısı tamaşaçıları lirik ovqata kökləyib.

Sumqayıt Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, şairə Cığatel İsaqızı və Avrasiya Yazarlar Birliyinin rəhbəri İmdat Avşarın səsləndirdiyi şeirlər də tamaşaçıların qəlbini oxşayıb.

Konsertin sonunda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan “Çırpınırdı Qara dəniz” mahnısı böyük coşğu ilə Türkiyə və Azərbaycan bayraqlarının dalğalandırılması ilə səsləndirilib.

Qeyd edək ki, konsert TRT Avazla canlı yayımlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol