Azərbaycan nümayəndə heyəti Hindistan nümayəndə heyəti ilə görüşüb

17:26 02-03-2019 | icon 571 | Cəmiyyət
Azərbaycan nümayəndə heyəti Hindistan nümayəndə heyəti ilə görüşüb

Xəbər verdiyimiz kimi, millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçirilən “Qadınların gələcəyi 2019” adlı 2-ci beynəlxalq konfransda iştirak edib və burda aparılan müzakirələrdə fəal iştirak edib.

 

Eyni zamanda millət vəkili Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları - İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimləri – professor, tarix elmləri doktoru İradə Hüseynova,  dosent, iqtisadiyyat üzrə fəlsəfə doktoru Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təmsilçisi Sevda Nəcəfova , Fitoterapevtlər cəmiyyətinin sədri,  tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, iş qadınları Yeganə Malkoç, Naibə Abdullayeva, Ramilə Şirinova, Pərvanə Mustafayeva, fəal qadınlar Yeganə Əliyeva, Cəmilə İsmayılova Nigar Qələndərova konfransda təmsil olunan Hindistan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

 

Beynəlxalq konfransda müzakirələrdə və Hindistan nümayəndə heyətinin üzvləri ilə görüş zamanı millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları,  Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar veriblər.

 

Q.Paşayeva və nümayəndə heyətinin üzvləri onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Hindistan nümayəndə heyətinin üzvləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. 

 

Qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

 

Q.Paşayeva və nümayəndə heyətinin üzvləri görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib və ölkəmizə dəvət ediblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI