İdarəetmədə İradə Gülməmmədova metodu

19:43 02-03-2019 | icon 846 | Sosial
İdarəetmədə İradə Gülməmmədova metodu

Dövlətə qarşı sosial narazılıq formalaşdıran icra başçısının məqsədi nədir?

 

 

“Abşeron rayon icra hakimiyyətində vətəndaşlara süni şəkildə yaradılan problemlər”lə bağlı redaksiyamıza təşrif buyuran Məmmədov Daşdəmir Mustafa oğlu tərəfindən adamı heyrətə gətirən faktlar ortaya qoyuldu. Ölkə başçısının “xalqın bir nömrəli xidmətçisi mən özüməm” formasında səsləndirdiyi proqram xarakterli çıxışı qarşılığında Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın, eləcə də Ombudsman Aparatının məsələyə bunca laqeyd yanaşması, vətəndaşı öz dərdləriylə baş-başa buraxması sadəcə olaraq, adamda təəssüf hissi doğurur.

 

Amma istənilən halda mövcud qanunvericilik çərçivəsində atılan addımlara münasibətdə süründürməçiliyin ortaya qoyulması sadə vətəndaşla dövlət arasında uçurum yaratmaqdan başqa bir şey deyil. İnanırıq ki, bu məsələdə Abşeron rayon icra hakimiyyəti ortalıqda olan problemin qısa bir müddətdə həll olunacağını təmin edəcək.

 

Vətəndaş Daşdəmir Məmmədovun israrlı xahişlərini nəzərə alaraq onun söylədiklərini mətbuat vasitəsilə bir daha hörmətli İradə xanım Gülməmmədova və Ombudsman Aparatının diqqətinə çatdırır və buna münasibətdə qarşı tərəfin də öz fikirlərini bildirmək hüququnaq tam hörmətlə yanaşırıq.

Beləliklə, şikayətçi Daşdəmir Məmmədov Mustafa oğlunun dediklərinin hələlik ümumi məzmununu təqdim edirirk:

 

“…Mən mövcud qanunvericiliyin tələbəri çərçivəsində  Məhəmmədi kəndində torpaq payı almışam. Və qanunun tələbləri çərçivəsində ən kiçicik detallara qədər bütün tələblərə əməl edərək həmin torpaq üzərində ev tikmək məqsədilə Abşeron rayonunun aidiyyatı qurumuna müraciət etdim”.

 

Şikayətçinin bildirdiyinə görə, qanunda göstərilən müddət bitdikdən sonra tikintiyə başlayır. ...Yenə də cavab gəlmir... Adam ölkə başçısı tərəfindən imzalanan qanunvericiliyi əsas götürərək tikintiyə başlayır:

 

“Və günün birində bir qoçu mənə yaxınlaşıb tikintini dərhal saxlamaqla bağlı tələb irəli sürdü.... Sənəd göstərməsə də susdum və əməl etdim. Bununla bağlı həm İradə Gülməmmədovaya, həm də Ombudsman Aparatına müraciət etdim.... Və Aparatdan mənə göndərilən məktubdan bəlli oldu ki, sən demə cavabı həmin qoçu götürüb özündə saxlayır. Həmin qoçuyla telefon danışığına girib qanunun tələblərindən qırağa çıxmadığımı dilə gətirdim. O da cavabında "qanun nədi e, sən mənimlə qanunların diliylə danışırsan" deyib, mənə olan təpkini davam etdirdi.. Bununla bağlı mən İradə xanım Gülməmmədova ilə görüşüb dərdimi izhar etmək istədim.... Qəbula yazılmaq üçün növbə tutub vaxt itirdim.... İcra hakimiyyətində yaradılan operativ qruppa rolunda olan hansısa komissya məni qəbula yazmır ki, sən bizə cavab məktubunu gətir. Mən "o sizin işçinizdir, deyin versin də, və ümumiyyətlə mənə göndərilən məktub niyə o adamda olmalıdır?" dedim. İradə xanımın yaratdığı komissiya "o bizlik deyil" cavabını verdi”.

 

Vətəndaşın problemlərinə SUAL FORMASINDA VERİLƏN TAPMACALARla yanaşmaq nə zamandan idarəetmə forması olu?

 

Vətəndaşların problemlərinin həllində nədən dövlət başçımızın göstərişlərindən irəli gələn vəzifələr Abşeron rayon icra hakimiyyəti tərəfindən görməzliyə vurulur?

İradə Gülməmmədova da cənab Prezidentin dediyi "məmur" təbəqəsinə aiddirmi?

 

Ombudsman Aparatı kimin hüquqlarını və kimdən müdafiə etməklə məşğuldur?

 

Dövlətə qarşı beləcə sosial narazılıq formalaşdırmaqda Abşeron rayon icra hakmiyyətinin məqsədi nədir?

Dövlət nə zamandan qanunla deyil, qoçu qaydalarıyla idarə olunur?!

 

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir