“Autizm sindromuyla bağlı RAM yaradılmalıdır”

20:07 02-03-2019 | icon 579 | Cəmiyyət
“Autizm sindromuyla bağlı RAM yaradılmalıdır”

Çiçək Məmmədli: “Bu uşaqlar üçün xüsusi bağça və məktəblərin yaradılmasını vacib sayırıq

 

 

Bu gün autizm və daun sindromlu uşaqların reabilitasiyaları ilə görülən işlər qənaətbəxş olmasa da, bütövlükdə problemin çözülməsi istiqamətində irəliyə doğru addımdır. Bu problemin aradan qaldırılması birbaşa maddiyyatla və cəmiyyətin özünün maarifləndirilməsi işi ilə bağlı olduğundan hər iki istiqamət üzrə vəziyyət acınacaqlıdır.

 

Bu gün Azərbaycan KİV-ində autizm sindromuyla bağlı mövzuların işıqlandırılması, telekanallarda bununla bağlı verilişlərin təşkili demək olar ki, yox dərəcəsindədir. Üstəlik sosial durumla müqayisədə bir uşağın reabilitasiyası üçün ayda orta hesabla 1500 manatın gərək olması əlavə şərhə izah üçün yer qoymur. Amma QHT sektorunun bu məsələdə daha aktiv fəaliyyət göstərməsi danılmazdır.

Bu baxımdan Autizm sindromlu uşaqlara yardımda bulunan “Nitq” İnkişaf Mərkəzinin rəhbəri Çiçək Məmmədlinin apardığı iş təqdirəlayiqdir.

 

Çiçək Məmmədli Versus.Az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda cəmiyyətin özü tərəfindən də autizm probleminin düzgün qiymətləndirilməməsi çox acınacaqlı haldır. Şübhəsiz ki, belə yanaşmanın kökündə kütləvi informasiya vasitələrinin maarifləndirmə işinə az önəm verməsi və aidiyyatı strukturların məsələyə ögey münasibəti dayanır:

 

“Heç kim heç nədən sığortalanmayıb. Bu gün autizm probleminə, bu problemin həllinə ögey münasibət bəsləyənlərin özləri də sabah həmin problemlə üz-üzə qala bilər. Bu baxımdan fərd olaraq biz hamımız bu problemin həllində ümumi mövqe nümayiş etdirməli, məsələyə kompleks bir şəkildə yanaşmalıyıq. Autizmli uşaqların cəmiyyətə inteqrasiyasında onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, bu məqsədlə mərkəzlərin fəaliyyətinin tənzimlənməsi həm də maddiyyata bağlı olduğundan sosial siyasətimizdə yaxın xaricin atdığı addımlar örnək olaraq götürülməlidir”.

 

Ç.Məmmədli bildirib ki, Autizm sindromunun qanunvericilikdə əks olunması və bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi günün zəruri tələbidir:

 

“Bu sindromdan əziyyət çəkən uşaqların böyük bir qisminin inklüziv təhsilə cəlb edilməməsi heç şübhəsiz ki, ortaya əlavə problemlər çıxarır. Biz məhz bütün bunları nəzərə alaraq dövlət səviyyəsində bu problemlərlə məşğul olmaq, problemlərin zamanında aradan qaldırılmasında uşaqlar üçün dövlət səviyyəsində Rəhbərlik Araşdırma Mərkəzinin (RAM) və onlar üçün xüsusi bağçaların, məktəblərin yaradılmasını vacib sayırıq”.

 

Sevda Teymurova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi