“Yaxşı olardı ki, terror planlaşdıranlar bu reallığı dərk etsinlər”
Mətin Məmmədli: “DTX-nin keçirdiyi əməliyyat həmin dairələrə ciddi mesaj olmalıdır”
“Rusiyada baş verən terror aktı ilə Azərbaycanda aşkar olunan terrora cəhd hadisələri arasında hər hansı bir əlaqə görünmür”.
Versus.Az xəbər verir ki, bunu Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində törədilən dəhşətli terror aktı ilə bağlı açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib.
Ekspert ölkəmizdə sabitliyin pozulmasına yönələn, dövlət orqanlarına, strukturlarına, ictimai-siyasi şəxslərə qarşı bir neçə dəfə terror aktları törədildiyini xatırladaraq, planlaşdırılan terrorun olanların davamı olduğunu bildirib:
“Azərbaycan Dövlət Təhlükəszilik Xidməti olduqca uğurlu əməliyyat keçirdərək bu cəhdin qarşısını vaxtında alıb. Həbs olunanların ifadəsindən də görünür ki, terror planları bəlli dövlət, bəlli mərkəzlər tərəfindən idarə olunur. Məqsəd ölkəmizdə sabitliyi, əminəmanlığı pozmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq, dövlətimizi zəiflətməkdir”.
Ekspert hesab edir ki, Dövlət Təhlükəszilik Xidmətinin keçirdiyi bu əməliyyat həmin dairələrə ciddi mesaj olmalıdır:
“Bu terroru planlaşdıran ölkə anlamalıdır ki, Azərbaycanla münasibətlərin gərginləşməsinə xidmət edir, etimad mühitini daha da zəiflədirlər. Eləcə də bu cəhdlərlə Azərbaycan siyasətinə, mövqeyinə təsir göstərə bilməzlər. Yaxşı olardı ki, terroru planlaşdıranlar bu reallığı dərk etsinlər”.
LƏMAN
versus.az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...