Zəlzələ nəticəsində dağılan evlərdən xəbər var

09:24 04-03-2019 | icon 386 | Sosial
Zəlzələ nəticəsində dağılan evlərdən xəbər var

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 3871 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət daxil olub.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, daxil olan müraciət əsasında 3860 evə baxış keçirilib:

 

"Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 218-i kəskin qəzalı (dağılmış), 963 evin bərpası mümkün vəziyyətdə, 1440 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 1238 evin vəziyyəti qənaətbəxs hesab edilib".

 

R.Əliyev qeyd edib ki, hazırda tam qəzalı vəziyyətdə olan evlərin yenidən tikintisinə başlanılıb:

"5 evin tikintisi yekunlaşmaq üzrədir, 7 evin isə tikintisinə başlanılıb. Tikinti briqadaları tam qəzalı vəziyyətdə olan digər evlərdə söküntü işlərinə başlayıb".

 

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin