“Sosial şəbəkədə oturanların 90 faizi avaradır”

14:46 04-03-2019 | icon 365 | Siyasət
“Sosial şəbəkədə oturanların 90 faizi avaradır”
 
 

 

“Sosial şəbəkədən istifadə edənlərin 90 faizi avaradır və mənim onları avara adlandırmağa haqqım çatır. Bu fikri dəfələrlə telekanallardan səsləndirmişəm”


Versus.Az xəbər verir ki, bunu deputat Araz Əlizadə deyib. Onun sözlərinə görə, sosial şəbəkədən faydalı işlər üçün istifadə  etmək əvəzinə orada əyləşənlərın 90 faizi  səhər-axşam  təhqir edib, müxtəlif insanlar barəsində şayiələr yaymaqla məşğuldurlar. 


“Mən bunu faktiki olaraq barəmdə  deyilənlərlə sübut edə bilərəm. Kanal-13  internet telekanalı mövcuddur. Telekanal 10 deputat haqqında veriliş hazırlayaraq, onları Azərbaycan dövlətini talan etməkdə ittiham edib. Mənim adım bu “talançılar” sırasında 3-cüdür. Əvvəla onu deyim ki, deputat necə dövləti talan edə bilər?! İkincisi, bu bədbəxt uşağı talan sözünün mənasını bilmir.


Üçüncüsü, onların mənə qarşı sürdüyü ittihamlar gülünc və əsassızdır. Siz təsəvvür edin mənə qarşı sürülən hansı ittiham talançılığa uyğun gəlir. Bunların düşüncəsinə görə, Araz Əlizadə Azərbaycanın müstəqilliyinə səs vermədiyinə, Əhməd Cavadın Azərbaycan himninin müəllifi olmadığına və bloger Mehman Hüseynov barəsində səsləndirdiyi ifadəyə görə talançıdır. Bax, budur onların səviyyəsi, düşüncəsi…”,- deyə A.Əlizadə qeyd edib.
O, əlavə edib ki, “Kanal-13” ABŞ-dan maliyyələşdirilir:
“Oğlum onun kimə və haradan maliyyələşməsi ilə bağlı araşdırma apardı. Bəlli oldu ki, bu telekanal ABŞ-dan maliyyələşir. Kimlər onu idarə edir, onlar harada təhsil alıb, pulu necə əldə edirlər. Bunlar hamısını müəyyən etmişik. Bax, bütün bunlara görə, mənim sosial şəbəkədən istifadə edənlərin 90 faizinin avara olduğunu deməyə əsasım var”.
A.Əlizadə onu da əlavə edib ki,  daha bir faktı qeyd edim: 
“Siz təsəvvür edin, Mehman Hüseynov barəsində işlətdiyim ifadəyə görə dünyanın ən müxtəlif ölkələrindən mənim ünvanıma  yüzdən artıq təhqiramiz ifadələr, söyüşlər  gəldi. “Mən onların hamısını analiz etdim, gördüm ki, oradakı cümlələr də, söyüşlər və hətta səhvlər də eynidir. Bax, budur göstərici... Sosial şəbəkə ilə bağlı gəldiyim qənaət…”.
A.Əlizadə deyib ki,  nə jurnalist bir neçə ay bundan öncə mənə sual  verənədək, nə də indi  Mehman adlı jurnalist tanımıram:
“Sadəcə onun ətrafında bir “qəhrəman” obrazı yaratmağa cəhd olundu və nəticəsi də göz qabağındadır. Sabun köpüyü kimi yox olub getdi. Necə ki, zamanında ukraynalılar Nadejda Savçenko ətrafında bir qəhrəman obrazı yaratdılar, sonu nə oldu?... Rusiyadan həbsdən azad edilən Nadejdanı ukraynalılar özləri məcbur olub həbsxanaya saldılar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol