Bir neçə bankda krediti olanlar...

15:16 04-03-2019 | icon 646 | İqtisadiyyat
Bir neçə bankda krediti olanlar...

 

İqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı Fərmanla bağlı hələ də cavabsız qalan suallara aydınlıq gətirib.

Versus.az-ın məlumatına görə, ekspert ona ünvanlanan sualları ümumiləşdirərək, aşağıdakı şəkildə cavablandırıb.

- Bir şəxs bir neçə bankdan kredit götürübsə, o zaman kompensasiya məbləği necə hesablanacaq?

- Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşların keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaş bir bankdan 3 min dollar, digərindən 6 min dollar kredit götürübsə, bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək.

- Lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulubmu?

- Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.

- Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödəyibsə o zaman kompensasiya kimə veriləcək?

- Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib məsələyə baxılmasına nail ola biləcək.

- Kompensasiya məbləğini elektron hesablamaq mümkündürmü?

- Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Bu keçidə daxil olmaqla kompensasiya məbləğləri hesablaya bilərsiniz:https://pk.fimsa.az/az/calculator Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.

- Ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları necə almaq mümkün olacaq?

- Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlar da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi, burada da müştərilərlə əlaqə saxlayacaqlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol