2019-cu ildə təşkil olunacaq imtahanlar və gözləntilər

16:42 04-03-2019 | icon 467 | Təhsil
 2019-cu ildə təşkil olunacaq imtahanlar və gözləntilər

 

2019-cu ildə təşkil olunacaq imtahanlarda təqribən, 14 milyona yaxın yoxlama prosesinin həyata keçiriləcəyi nəzərdə tutulub.

 

Versus.Az AzEdu.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Məlumatda qeyd olunur ki, bu il baş tutacaq buraxılış, qəbul və sınaq imtahanlarında ümumilikdə, 14 milyona yaxın yoxlama prosesi həyata keçiriləcək. Yoxlanılacaq yazı işlərinin sayı isə 7 milyona yaxındır. Bir sual iki marker tərəfindən yoxlanıldığından ümumi qiymətləndirmədə 14 milyona yaxın yoxlama prosesi həyata keçiriləcək.

2017 və 2018-ci ildə isə sözügedən imtahanlarda təqribən 5 milyona yaxın yoxlama prosesi reallaşdırılıb. 2,5 milyona yaxın yazı işinin hər biri 2 marker tərəfindən qiymətləndirilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

Bugündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin