"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

09:12 18-04-2024 | icon 468 | İqtisadiyyat
"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Kamilə Əliyeva: "Sosial və iqtisadi layihələr əhalinin rifahının yaxşılaşdırılmasına hesablanıb"

 

"Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizlə yanaşı digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayırır. Bu gün dünyada ərzaq çatışmazlığı fonunda, ölkəmizdə kənd təsərrüfatı və aqrar sahənin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Ölkə başçımızın tapşırığına əsasən regionlarımızda böyük infrastruktur layihələr qurulur və Prezident cənab İlham Əliyev bu layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edir".

 


Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışı ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

K.Əliyeva qeyd edib ki, 60 ildən çox müddətdir inşa edilmiş Yuxarı Şirvan kanalı torpaq mənşəli olduğu üçün külli miqdarda su itkiyə gedirdi. Bu da ətraf ərazilərin şoranlaşmasına gətirib çıxarır, torpağı əkinə yararsız hala salırdı:

 

"Yenidən qurulacaq Şirvan kanalı beton mənşəli olacaq və su itkisi demək olar ki, baş verməyəcək. Kanalın uzunluğu 120 km-dən 200 km qədər artırılacaq. Bununla da ətraf 10 rayonun fermer və fərdi təsərrüfatları lazımı qədər suvarma suyundan istifadə edə biləcək. Ölkəmizdə həyata keçirilən bütün sosial və iqtisadi layihələr əhalimizin rifahının yaxşılaşdırılmasına və dövlətimizin iqtisadi inkişafına xidmət edir".

 

Ölkə başçısının yaxın vaxtlarda Qarabağ kanalının da yenidən qurulacağı ilə bağlı fikirlərə diqqət çəkən deputat vurğuladı ki, Qarabağ kanalı işğaldan azad edilmiş torpaqlarımızla yanaşı ətraf rayonlarda əkinçilik sahələrinin genişləndirilməsinə böyük təsir göstərəcək:

 

"100 minlərlə hektar torpaq sahələri becəriləcək, yüksək məhsul əldə edilməsinə imkan yaranacaq. Bu gün Azərbaycan ölkə vətəndaşlarımızın tələbatını ödəmək üçün xarici dövlətlərdən taxıl idxal edir. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən böyük infrastruktur layihələrin reallaşdırılması nəticəsində Azərbaycanın xaricdən taxıl idxalı minimuma endiriləcək və yaxın illərdə idxala son qoyulacaq. Qarabağ və Şərqi Zəngəzurda yeni su anbarları və kanalları da inşa ediləcək. Bu da Azərbaycan iqtisadiyyatının güclənməsinə böyük təsir göstərəcək. Bütün bu işləri Azərbaycan dövləti öz gücünə reallaşdırır. Bu Azərbaycanın güdrətinin göstəricisidir".

 

PƏRİ
versus.az

Xəbər lenti

Can't create/write to file '/var/tmp/MYc4s8X8' (OS errno 24 - Too many open files)