Trampın Türkiyəyə səfir göndərmək istədiyi diplomatla bağlı müəmma 

17:24 04-03-2019 | icon 445 | Dünya
Trampın Türkiyəyə səfir göndərmək istədiyi diplomatla bağlı müəmma 

 

Versus.Az Strateq.az-a istinadla təqdim edir.

Sərdar Turqut, “Habertürk”ün Vaşinqton təmsilçisi

Prezident Trampın ABŞ-ın Türkiyə səfirliyinə namizəd göstərdiyi Devid Satterfildxüsusilə ərəb dünyası haqqında məlumatlı olmasına və ərəb dilində ana dili kimi danışmasına görə diplomatik dairələrdə peşə biliyinə hörmət edilən diplomatdır. Lakin onun haqqında çox danışılmayan başqa bir yönü də var. Hazırda Satterfildin Konqresdə sorğu-sual edilməsi zamanı həmin məsələnin ortaya çıxarılması üçün aparılan çalışmalar davam edir. Əgər namizədliyə təsdiq edilərsə, Devid Satterfild Türkiyə ilə bağlı verilən hər bir qərarın ön planında yer alacaq. Ona görə də bizim bunları bilməyimiz və addımlarımızı da ona görə atmağımız lazım gələ bilər.

İndi anladacağım məlumatları bugünədək türk mediasında nəşr etməyiblər.

İsrail üçün casusluq iddiası

Keçmişdə Devid Satterfildin İsrail üçün casusluq etməsi haqqında iddialar ortaya atılmışdı. ABŞ-da İsrail üçün lobbiçilik edən Amerika-İsrail İctimai Əlaqələr Komitəsi (American Israil Public Affairs Commitee) adlı çox güclü təşkilat var. Keçmişdə bu təşkilatın xarici siyasət direktoru olan Stiv Rozen ABŞ-ın xarici siyasəti haqqında məlumat almaq üçün Devid Satterfildlə əlaqə yaradıb. Onların dəfələrlə görüşüb danışdığı və məlumat mübadiləsi etdiyi də ortaya çıxıb. Açılan təhqiqat sənədlərində “USGO-2” adlandırılan şəxsin Devid Satterfild olduğu anlaşılıb.

Onun da sorğu-sual edildiyi ortaya çıxınca, həmin dövrdə Orta Şərq siyasətinə görə məsuliyyət daşıyan müdirləri onu müdafiə etməyə başlayıblar və Satterfildin gizli məlumat vermək kimi bir işə girişməyəcəyini anladıblar. Stiv Rozen və bəzi aşağı səviyyəli bürokratlar haqqında təhqiqat davam etsə də, ortada Devid Satterfildin cəza almasını tələb edən bir durumun olduğu isbat edilməyib. Ortada məlumat vermə durumu olsa da, hakimiyyət nümayəndələri bunların gizli məlumat olub-olmadığını açıqca söyləyə bilməyiblər. Lakin bu prosesdə Devid Satterfildin etibarı dövlət daxilində xeyli zədələnib, bəzi dairələrdə şübhə altına alınmağa başlanıb.

İraq siyasəti

Prezident Buş İraqa girmək və rejim dəyişikliyi istəyincə, dövlət daxilində ciddi diskussiya və fikir ayrılığı yaşanıb.Önəmli şəxslər bunun yanlış olacağını söyləyirdi, lakin ərəb mütəxəssisi olan Devid Satterfild Buşin siyasətinə ən çox dəstək verən bürokrat olub. Nəticədə İraqdakı uğursuzluqların hesabı da bu mövqeyinə görə, ondan soruşulmağa başlanıb.

Bağdad illəri

Tutduğu bu mövqeyinə görə mükafat olaraq Buş onu İraqdakı ABŞ səfirliyinə ikinci adam olaraq göndərib. Beləliklə, ABŞ-ın İraq siyasətinin bütün xətaları və nəticələri onun üzərində qalmış olub.

Daha sonra Vaşinqtona qayıdıb. Obama prezident olan kimi, onu Vaşinqtondan uzaqlaşdırmaq üçün Romaya, heç bir praktik funksiyası olmayan aşağı səviyyəli səfirlik vəzifəsinə göndərib və 8 il ərzində orada saxladıb.

Satterfild ancaq Tramp iqtidara gəldikdən sonra Vaşinqtona dönə bilib və XİN-in Yaxın Şərq idarəsinin ikinci adamı olub. Bu vəzifədə olarkən Türkiyə və regionumuzla bağlı bütün qərarların verilməsində təsirli olmağa başlayıb.

Trampın başında onu səfir göndərmək fikrinin lap əvvəldən olduğu söylənilir, ancaq Prezident arada bəzi fərqli adları sızdıraraq ictimai rəyi və dövlətdaxili reaksiyaları yoxlamaq istəyib. Axırda Tramp qərarını verib və onun namizədliyini rəsmi olaraq açıqlayıb.

Türkiyə üçün həlledici günlər ola bilər

Tramp Satterfildi namizəd göstərib, lakin onun Türkiyəyə səfir olaraq gələ bilməsilə bağlı Vaşinqtonda həqiqi bir şübhənin olmasının da bilinməsi lazımdır. Çünki bəzi Konqres üzvləri Türkiyə ilə ABŞ-ın münasibətlərinin normallaşmasına qarşıdırlar. Və buradakı qaydalara görə, sadəcə bir senator belə təyinat sorğu-sualından sonra namizədin səfir göndərilməsinə təkbaşına, hətta adını açıqlamayaraq “durdurma” (hold) qərarı çıxara bilər və bu, baş verərsə, səfirin getməsi bu qərar qalxana kimi dayandırılar.

Konqresin bəzi üzvlərinin bunu etməyə hazırlaşması haqqında məlumat da var.

Göndərəcəklərsə, “yaralı” göndərəcəklər

Ayrıca, bu konqresmenlər sorğu-sual zamanı Türkiyə haqqında çox ağır suallar verərək, səfirliyə namizədi “yaralama” yoluna getməyə hazırlaşırlar. Sorğu-sual zamanı Türkiyənin qırmızı xətləri olan məsələlər haqqında ABŞ-ın siyasətinin necə olmalı olması mövzusunu açacaqlar və səfirliyə namizəd Konqres üzvlərinin istədiyi yöndə cavab verib səs alsa belə, Ankaradakı vəzifəsinə problemli olaraq getmiş olacaq. Çünki Ankaraya endiyi andan etibarən, Türkiyə rəhbərliyi ilə anlaşılmazlıq içində görüləcək. Bu, öncəki səfir Con Bassın da başına gəlmişdi və o, vəzifəsindən ayrılanadək Türkiyə hökumətilə münasibətlərini tam nizamlaya bilməmişdi.

Vaşinqtonda çətin günlər

İndi Konqres üzvlərində Cared Kuşnerə görə xüsusi həssaslığın yarandığı və onların Satterfild haqqındakı köhnə “İsrailə casusluq”iddialarını yenidən gündəliyə gətirəcəkləri söylənilir.

Yəni, anlayacağınız odur ki, Konqres Satterfildin səfirliyə namizədliyini təsdiq edərsə, ya onu Ankaraya “yaralı” və zəif olaraq göndərəcək, ya da namizədliyini “durdurma” qərarı çıxaracaq.

Təbii, bu prosesin gedişində – sorğu-sual zamanı Türkiyə əleyhinə xoş olmayan bir çox söz də danışılacaq.

Konqresdə namizədliyin təsdiq edilməsilə bağlı sorğu-sualın nə zaman olacağı da hələlik dəqiq bəlli deyil, lakin Satterfildin bunun mümkün olduqca tez bir zamanda olmasını istədiyi də söylənilir. Deyilənə görə,“O da komitədə ola biləcəklərdən qorxur”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin