"Prezident İlham Əliyevlə görüşdən sonra mütləq öz həllini tapacaq"

17:42 04-03-2019 | icon 416 | Mədəniyyət
"Prezident İlham Əliyevlə görüşdən sonra mütləq öz həllini tapacaq"

 

Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Heydər Əliyev Mərkəzində görüşü əhəmiyyətli bir hadisə oldu.

Versus.Az Trend-ə istinadla bildirir ki, bunu Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, "Şöhrət"ordeni kavaleri Hacı İsmayılov deyib.

Hacı İsmayılov bildirib: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müxtəlif ölkələrə səfərləri, ölkənin ictimaiyyəti ilə görüşləri, həm ölkədə, həm də xaricdə müxtəlif böyük layihələrin həyata keçirilməsi hər zaman bizim vətəndaşlarımızın və dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Bu görüş növbəti dəfə dövlətimizin mədəniyyət və incəsənət xadimlərinə necə qayğı və diqqətlə yanaşdığını göstərdi. Hər şey çox yüksək səviyyədə keçdi, yaradıcı ziyalılar həllini mütləq şəkildə tapacaq öz xahiş və təkliflərini səsləndirdilər. Mənə söz veriləndə mən müstəqil Azərbaycanda dövlətin böyük qayğısı və diqqəti ilə əhatə olunmuş milli mədəniyyətin sürətli inkişafını qeyd etdim. Fəxri adlar, mükafatlar, təqaüdlər, yaradıcı axşamlar və yubileylərin keçirilməsi, yaradıcı insanların evlə təmin olunması və onların rifah halının yaxşılaşdırılması - bütün bunlar hər zaman Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu, mədəniyət və incəsənət xadimləri üçün böyük stimuldur. Mən, həmçinin qeyd etdim ki, ümummilli lider Heydər Əliyev teatr sənətini çox sevirdi, tamaşalara gedirdi, teatr xadimlərinin cəmiyyətin həyatında rolunu xüsusən qeyd edirdi, teatr səhnəsini müqəddəs ocaq hesab edirdi, ona qarşı məhəbbət isə onun könlündən gəlirdi. Sevindiricidir ki, ulu öndər Heydər Əliyevin bu şanlı yolunu Prezident İlham Əliyev davam etdirir. Görüş çox səmimi ab-havada keçdi, müxtəlif problemlərin həlli məsələləri müzakirə olundu, mədəniyyət və incəsənət sahəsində yeni yüksəkliklərin və uğurların nail olunması üzrə yollar nişanlandı. Mən nitqimə yüksək mədəniyyət sahibi olan millətin hər zaman yaşayacağı, inkişaf edəcəyi və irəli gedəcəyini deyən dahi Heydər Əliyevin sözləri ilə yekun vurdum. Və biz inanırıq ki, Azərbaycan mədəniyyəti və incəsənəti bundan sonra insanlığın inkişafına, yüksək mənəvi dəyərlərin təbliğinə öz tövhəsini verəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI