Qənirə Paşayeva: “Elnur Əliyev kimi qəhrəmanlarımız həmişə qəlbimizdə yaşayacaq”

16:49 21-10-2017 | icon 706 | Mədəniyyət
Qənirə Paşayeva: “Elnur Əliyev kimi qəhrəmanlarımız həmişə qəlbimizdə yaşayacaq”

Sumqayıtda Aprel zəfəri qəhrəmanlarından, şəhid mayor Elnur Əliyev haqqında filmin təqdimatı olub. Təqdimatda millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Versus.Az-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili filmin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür filmlərin çəkilib yayılmasına çox ehtiyac var:

“Elnur Əliyev kimi qəhrəmanlarımız həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Elnur Əliyevin xidmətlərini heç zaman unutmayacaq. Cəbhə bölgəsinə gedən zaman onunla şəxsən tanış olmuşdum. Tovuzda ön cəbhədə xidməti dövründə tez-tez görüşürdüm. O, böyük vətən məhəbbəti ilə yaşayırdı”.

Paşayeva vurğulayıb ki, Elnur Əliyevin ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Və nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaq. Millət vəkili televiziya rəhbərlərini qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmləri tez-tez nümayiş etdirməyə çağırdı:

“Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün özünü vətən, əsgərlərimizi qorumaq üçün qumbara üstünə ataraq şəhid olan Elnur Əliyev kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirk”.

Q.Paşayeva “dövlətimiz və xalqımız hər zaman yanınızdadır” deyib.

Millət vəkili tədbirdən sonra qəhrəman şəhidimizin ailəsi ilə görüşüb, geniş söhbət edib. Eyni zamanda tədbirdən sonra Aprel zəfəri şəhidlərimizin bəzilərinin ailə üzvləri ilə görüşüb, fikir və qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, film Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi şurası və Mədəni İnkişaf Mərkəzinin (MİM) dəstəyilə çəkilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür