"Bu Azərbaycan üçün böyük şansdır"

17:59 04-03-2019 | icon 374 | İdman
 "Bu Azərbaycan üçün böyük şansdır"

 

Nihat Kahveci AFFA-nın XXVI Hesabat Konfransından sonra jurnalistlərə açıqlama verib.

Versus.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü Bakıda Çempionlar Liqası ab-havasının olduğunu bildirib:

"Türkiyə millisində çıxış edərkən Bakıya gəlmişdim. Təxminən, 7 il əvvəl idi. Amma dünən hava limanından çıxmağımdan "Ulduzlar finalı" oyununa qədər Bakının necə dəyişdiyinin şahidi oldum. Bakı hər anlamda inanılmaz dərəcədə dəyişib. Böyük sərmayə qoyulub. Ona görə də bu il Avropa Liqasının final oyunu Bakıya həvalə edilib. Möhtəşəm təşkilatçılıqdır. Azərbaycan üçün böyük şansdır. Çünki Avropa liqalarının topklubları: Napoli, Arsenal, Sevilla, Valencia, Villareal, Chelsea bu turnirdə mübarizə aparır. Çempionlar Liqası kimi ab-hava var. Finalın gözəl keçəcəyinə inanıram.

Bizi çox yaxşı qarşıladınız. Mən də sizə Türkiyədən salamlarımı gətirdim. İstərdim ki, Türkiyə komandalarını da daha irəli mərhələlərdə mübarizə aparmalarına şahid olaq. Amma təəssüf ki, alınmadı. Bu il finalda bir İspaniya təmsilçisini görə bilərik. Napoli çox yaxşı komandadır. Ona görə də onun finala qalacağını düşünürəm".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol