İran səfirliyi bəyanat yaydı

18:26 04-03-2019 | icon 400 | Siyasət
İran səfirliyi bəyanat yaydı

 

İranın Azərbaycandakı səfirliyi Tehranda yaşayan bir qrup erməninin asdığı plakat və səsləndirdiyi şüarları özbaşına hərəkət və qəbuledilməz addım kimi qiymətləndirir və pisləyir.

Versus.Az trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Səfirlik bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin "Ararat" klubunda baş tutmuş görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran Xarici İşlər Nazirliyinin sözçüsünün də dediyi kimi, özbaşına hərəkət və qəbuledilməz addım kimi qiymətləndirir və pisləyir:

"Vurğulamaq istərdik ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və xalqının yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcəkdir.

İran düşünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaqdır. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı